Şuşanın işğaldan azad olunması Münhendə qeyd olunub

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Münhendə yaşayan azərbaycanlılar Azərbaycanın  qədim mədəniyyət mərkəzlərindən biri, Qarabağın incisi Şuşanın işğaldan azad edilməsi münasibəti ilə avtoyürüş təşkil ediblər.

Həmvətənlərimiz hər zaman, ocümlədən müzəffər Azərbaycan ordusunun  qələbə salnaməsi yazdığı bu günlərdədaimi Azərbaycanın yanında olduqlarını bildiriblər.

Avtoyürüşün sonunda iştirakçılar "ŞuşaQarabağdır!" "Qarabağ-Azərbaycandır!" şüarları səsləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31