“Diasporamızın uğuru soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə sıx inteqrasiyasından keçir”
Azərbaycan müstəqillik əldə etdikdən sonra diaspor fəaliyyətinin inkişafına xüsusi diqqət yetirilir. Etiraf edilməlidir ki, ötən müddət ərzində bu istiqamətdə xeyli uğurlara imza atılıb. Nəticədə diaspor sahəsində çoxlu sayda naliyyətlər əldə edilib. Lakin dünyada gedən inkişaf prosesi nəzərə alınaraq bununla kifayətlənmək düzgün olmazdı. Diasporanın hazırki vəziyyəti və gələcək inkişaf prespektivləri ilə bağlı suallarımızı “Hefte ici” qezetinin redaktoru, politoloq Azad Əliyev cavablandırıb.
24 Sentyabr 2020 15:32 DiasporaAzərbaycan müstəqillik əldə etdikdən sonra diaspor fəaliyyətinin inkişafına xüsusi diqqət yetirilir. Etiraf edilməlidir ki, ötən müddət ərzində bu istiqamətdə xeyli uğurlara imza atılıb. Nəticədə diaspor sahəsində çoxlu sayda nailiyyətlər əldə edilib. Lakin dünyada gedən inkişaf prosesi nəzərə alınaraq bununla kifayətlənmək düzgün olmazdı. Diasporanın hazırki vəziyyəti və gələcək inkişaf prespektivləri ilə bağlı suallarımızı "Hefte ici" qezetinin redaktoru, politoloq Azad Əliyev cavablandırıb.
-Azad müəllim , hazırda xaricdəki daspor təşkilatlarımızın fəaliyyətini necə qiymətləndirmək olar?
- Diaspor fəaliyyəti hər bir dövlətin xarici siyasət kursunda ən mühüm yerlərdən birini tutur. Xüsusilə də, Azərbaycan kimi işğala məruz qalmış, böyük dövlətlərin maraqlarının toqquşduğu strateji cəhətdən çox əlverişli bir coğrafi məkanda yerləşən dövlətlər üçün diasporun uğurlu fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Əgər bu gün xaricdəki daspor təşkilatlarımızın fəaliyyətinə qiymət versək deyə bilərəm ki, əvvəlki illərdən fərqli olaraq müsbət məqamda bir sıra dəyişikliklər var. Bu həm təşkilatanma, həm də diaspor strukturlarının sağlamlaşdırılması baxımından özünü büruzə verir. Diaspor qurumlarımızın uğurlu fəaliyyəti üçün bir sıra mühüm məqamlara xüsusi diqqət yetirilməlidir. İlk öncə, xaricdəki soydaşlarımızın fəaliyyəti Azərbaycan dövlətinin milli maraqları ilə uzlaşmalıdır. Lakin çox təəssüflər ki, bəzən adını diaspor təşkilatı qoyan bəzi "birliklər" dövlətimiz əleyhinə olan qüvvələrlə birləşərək Azərbaycana qarşı fəaliyyət göstərirlər. Bu səbəbdən, belələrinin çox qısa zamanda aşkarlanaraq dövlət-diaspor sistemindən kənarlaşdırılması çox vacibdir. Onların fəaliyyətinin dövlətimizin milli maraqlarına uyğun olub-olmadığını araşdırmaq vəzifəsi ilk öncə, məhz həmin ölkələrdə yaşayan əsl vətənpərvər soydaşlarımız məsuliyyətindədir.
Uğurlu təşkilatlanmanın digər mühüm məqamı xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə sıx inteqrasiyasından keçir. Dil, mədəniyyət, sivil toplumla qarşılıqlı anlaşma səviyyəsi soydaşlarımızın yaşadıqları ölkələrin insanlarında Azrbaycan haqqında müsbət və ya mənfi fikrin formalaşmasındakı əsas amillərdən biridir. Xaricdəki azərbaycanlılar arasında nə qədər çox həkim, mühəndis, müəllim, hüquqşünas, biznesmen və s. yetişərsə onların yaşadıqları cəmiyyətlər tərəfindən qəbulu bir o qədər sürətlənər və asanlaşar. Biz dəfələrlə şahidi olmuşuq ki, Avropanın bir çox dövlətlərində məskunlaşmaq istəyən soydaşlarımız inteqrasiya imkanlarının olmadığı bəhanəsi ilə hansı təzyiqlərəmə məruz qalıblar. Bir çoxları oradan deportasiya edilib. Əslində bu məsələdə həmin dövlətlərdə məskunlaşmış və özlərini o cəmiyyətlərin bir üzvü kimi təsdiqləmiş soydaşlarımız diaspor qurumlarımız da fəal olmalı, öz həmyerliləinə yardım etməlidirlər.
Sizcə, hansı səbəbdən diaspor təşkilatlarımız lobbiçilik fəaliyyətini lazımi səviyyədə təmin edə bilmirlər?
-Unutmamalıyıq ki, uğurlu diaspor və lobbi fəaliyyətinin əsas qaynağı güclü maliyyə mənbələridir. Sirr deyil ki, bu gün xaricdə geniş maliyyə imkanlarına malik olan yüzlərlə soydaşımız var. Əgər fikir versək görərik ki, biz hələ də Azərbaycan lobbisi ifadəsini işlətmirik. Hələ də Azərbaycan diasporu deyirik. Artıq müstəqilliyimizin 30-cu ildönümü yaxınlaşır. SSRİ dağılandan sonra xaricə üz tutan azərbaycanlıların ikinci, hətta üçüncü nəsli yetişir. Bu illər ərzində biz sağlam diaspor təşkilatları sistemi quraraq, daha bir üst səviyyəyə - yəni lobbilik fəaliyyətinə başlamalı idik. Təəssüflər ki, hələləlik bu məqsədə çata bilməmişik. Səbəblərindən biri də məhz güclü maliyyə qaynaqlarının bir arada toplanıb eyni məqsədə və amala xidmət etməsi üçün alt sisteminin formalaşdırılması prosesini başa çatdırmamağımızdır. Bəzən bu məsələdə dövləti ittiham edirlər. Lakin mənim fikrimcə, bu bizim milli mentalitetimizlə bağlı olan bir məqamdır. Eyni bir ölkədə yaşayan və eyni səviyyədə maliyyə imkanlarına malik olan 4-5 soydaşımız varsa, onların hər biri ilk növbədə özünün birincilər arasında birinci olmasını istəyir və ya tələb edir. Belə bir durumda dövlət nə qədər müdaxilə etsə də, bəzən həmin subyektlər arasındakı çəkişmələr bütün səyləri boşa çıxardır. Ona görə də, güclü maliyyə qaynaqlarının formalaşması üçün, özlərini artıq bir güc olaraq təsdiqləmiş, qəbul edilmiş soydaşlarımız arasında uzlaşma əldə edilməsinə ciddi ehtiyac duyulur. Əgər biz həmin alt sistemi formalaşdırsaq, yuxarıda qeyd etdiyim kimi həkim, hüquqşünas, biznesmen və s. olaraq xarici dövlətlərdə fəaliyyət göstərən soydaşlarımızın təmsil olunduqları ölkələrin siyasi strukturlarında təmsilçilik hüququ əldə etməsi də asanlaşar. Siyasi təmsilçilik hüququ lobbi fəaliyyətinin qurulması və dövlətimizin milli maraqlarının həmin ölkələrdə qorunması istiqamətində geniş imkanlar yaradır. Güclü maliyyə qaynaqları vasitəsi ilə siyasi cəhətdən irəli çıxan soydaşlarımızın təbliğat kampaniyaları, müxtəlif qurumlarla əməkdaşlıq imkanlarının genişləndirilməsi dəstəklənir. Daha sonra təsir qrupları vasitəsi ilə lobbi fəaliyyəti nəticəsində ölkəmizə qarşı yarana biləcək təhdidlərin qarşısı alınır.
-Necə düşünürsünüz, diaspora təşkilatlarımıza dövlət dəstəyi yetərincədirmi?
- Bu gün Azərbaycan diasporunun qarşısındakı ən böyük maneə güclü erməni lobbisidir. Bu heç kimə sirr deyil. Məhz bu məqamı nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bir neçə il əvvəl xarici siyasətimizin artıq hücum diplomatiyasına əsaslanacağı bəyan edildi. Bunun ardınca müxtəlif beynəlxalq təşkilatlarda Ermənistanın işğalçılıq siyasətini təsdiqləyən, Azərbaycanın ərazi bütövlüyünü, suvereniyini dəstəkləyən çoxsaylı sənədlər və qətnamələr qəbul edilib. Bunların arasında Avropa Parlamenti, Qoşulmama Hərəkatı, İKT, AŞPA, NATO PA və digərlərinin adlarını çəkə bilərik. Artıq onlarla dövlət Xocalıda baş vernləri soyqırım kimi qəbul edib. Bunları sadalamaqda bir məqsədim var. Biz dövlətin diasporaya dəstəyindən danışırıq. Fikrimcə, ən böyük dəstək elə Prezident İlham Əliyevin birbaşa rəhbərliyi nəticəsində qəbul edilmiş və beynəlxalq hüquq prinsiplərinin əks olunduğu, yüzlərlə dövlətin Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini əks etdirən bu sənədlərdir. Belə qətnamələrin qəbulu erməni lobbisi tərəfindən yaradılan mifin dağıdılmasında çox mühüm rol oynayır. Diaspor qurumlarımızın Azərbaycan həqiqətlərini təbliğ edərkən əlini xeyli dərəcədə gücləndirir. Çünki qəbul edilmiş sənədlər sivil və inkişaf etmiş cəmiyyətlər tərəfindən hüququn aliliyinin təmini olaraq qəbul edilir. 2018-ci ildə ölkəmizdə başlayan islahatlar kursunun bir istiqaməti də məhz diaspora fəaliyyəti ilə bağlı oldu. Bu sahəyə nəzarət edən dövlət qurumunun rəhbərliyi dəyişdirildi. Qarşıya yeni məqsəd və vəzifələr qoyuldu. Prezident tərəfindən dövlətin əsas təmsilçiləri sayılan səfirliklər və konsulluqlar qarşısında diaspor təşkilatları ilə daha sıx təmasların yaradılmasına dair göstərişlər verildi. Biz dəyişikliklərin nəticəsini iyul ayında Tovuz istiqamətində Azərbaycana qarşı növbəti hərbi təxribata əl atan Ermənistanın pozucu fəaliyyətinə etiraz edən xaricdəki soydaşlarımızın təşkilatlanmasında gördük. Dünyanın demək olar ki, bütün inkişaf etmiş dövlətlərində, siyasi mərkəzlərin yerləşdiyi iri şəhərlərdə bir məqsədə, bir amala xidmət edən minlərlə diaspor ordumuzu meydanlarda gördük. Əvvəlki dövrlərdən fərqli olaraq təşkilatlanma, özünə inam, dövlətinə bağlılıq ən üst səviyyədə idi. Təbii ki, həmin etiraz aksiyaları yenə də erməni lobbisinin təxribatları ilə yadda qaldı. Los-Ancelesdə, Brüsseldə, Hollandiyada, Moskvada, Moldovada etiraz aksiyaları keçirən soydaşlarımıza qarşı erməni millətçiləri tərəfindən təzyiqlər göstərildi, qarşıdurmalar yarandı. Lakin əvvəlki illərdən fərqli olaraq bu dəfə biz həmin təxribatları törədən ermənilərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsinin şahidi olduq. Yüzlərlə erməni soydaşlarımıza qarşı etdiklərinin cəzasını layiqincə alıb məsuliyyətə cəlb edildilər. Biz əvvəllər bunu müşahidə etmirdik. Erməni lobbisinin imkanları sayəsində təxribat törədən ermənilər məsuliyyətdən yayına bilirdi. Lakin bu dəfə Azərbaycan dövlətinin birbaşa dəstəyi və müdaxiləsi, həmçinin diaspora təşkilatlarımızın qarşılıqlı fəçaliyyəti erməni lobbisinə ağır zərbə vurdu. Artıq onlar bizim tərəfimizdən yara ala biləxəklərini anladılar. Bu fəaliyyət davam etdirilməli, dövlət-diaspor əməkdaşlığı daha da genişləşdirilməlidir.
- Diaspor təşkilatlarımızın Azərbaycana dost və müttəfiq ölkələrin lobbi qurumları ilə əməkdaşlığını məqbul hesb etmək olarmı?
-Təbii ki, uğurlu diaspor fəaliyyətindən danışarkən bir məqam da qeyd edilməlidir. Bu da diaspor təşkilatlarımızın Azərbaycana dost və müttəfiq ölkələrin, xalqların lobbi qurumları ilə əməkdaşlığı məsələsidir. Yenidən iyul hadisələrinə qayıtsaq, biz dünyanın bir çox dövlətlərində türk lobbisi və diaspor qurumlarınının soydaşlarımıza necə dəstək verdiyinin şahidi olduq. Bir millət iki dövlət şüarının eyni meydanda bir məqsəçdə nə dərəcədə xidmət etdiyini gördük. Bizim türk diaspor qurumları ilə əməkdaşlıq səviyyəmiz hazırda çox yüksəkdir. Dünyanın əsas aparıcı gücü olan ABŞ-ın xarici siyasətinə ciddi şəkildə təsir imkanlarına malik yəhudi lobbisi ilə də əməkdaşlıq əlaqələri mövcuddur. Lakin bu əməkdaşlıq daha çox Azərbaycan dövləti üzərindən qurulub. Bu məsələdə diaspor qurumlarımızın da fəallaşması əsas şərtlərdən biridir. Həmçinin, digər dövlətlərin diaspor və lobbi qurumları ilə də əməkdaşlıq imkanları araşdırılmalı, yeni körpülər yaradılmalıdır. Bu sahə daima inkişaf edən, yeni çağırışların meydana çıxdığı bir sahədir. Ona görə dəç, yerimizdə saymalı, yeni çağırışlara cavab verə biləxək addımlar atılmalı, qərarlar qəbukl edilməlidir.
Alim Hüseynli
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.