Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çin Xalq Respublikasının Kibermühit Administrasiyasının naziri Cuan Junven ilə görüşüb.
Olaylar.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığa əsasən Çin Xalq Respublikasının Kibermühit Administrasiyasının naziri Cuan Junven ilə ölkələrimiz arasında rəqəmsal inkişaf, sosial media, dezinformasiya və "deepfake"lərlə mübarizə sahələrində ikitərəfli əməkdaşlığı müzakirə etdik", - deyə payıaşımda qeyd olunub.