Xaricdəki ziyalılar: "Həmişə dövlətimizin, ordumuzun, əsgərimizin yanındayıq"

Ermənistanın Tovuz təxribatları zamanı ordumuza dəstək olan Azərbaycan diasporu da qarşı tərəfə istər keçirilən aksiyalarda, istərsə də qlobal platformalardakı informasiya savaşında layiqli cavabını verdi və göstərdi ki, artıq güclü Azərbaycan dövlətinin güclü diasporu da var.

Ermənistanın Tovuz təxribatları zamanı ordumuza dəstək olan Azərbaycan diasporu da qarşı tərəfə istər keçirilən aksiyalarda, istərsə də qlobal platformalardakı informasiya savaşında layiqli cavabını verdi və göstərdi ki, artıq güclü Azərbaycan dövlətinin güclü diasporu da var.

"OLAYLAR"-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, bu gün dünyanın ən nüfuzlu elm ocaqlarında, təhsil mərkəzlərində, nüfuzlü şirkətlərdə azərbaycanlı alimlər, mütəxəssislər çalışır, yaşadıqları ölkələrin elminə və mədəniyyətinə xidmət göstərir, eyni zamanda Azərbaycan həqiqətlərini təbliğ edir, ümumilli məsələlərdə birlik və həmrəylik nümayiş etdirirlər.

"Xaricdə yaşayan minlərlə azərbaycanlı ruhu və qəlbi ilə sizin yanınızdadır"
 

Azərbaycanın xalq rəssamı, hazırda Almaniyada yaşayan Əşrəf Heybətov deyir ki, Ermənistanın Tovuza hücumu, qəhrəmanlarımızın ölümü azərbaycanlıların əksəriyyətinin mlli şüurunu oyandırdı, minlərlə insan küçələrə axışıb təcavüzkar düşmənin cavabını verməyi tələb etdi. Mən soydaşlarımıza demək istəyirəm ki, xaricdə yaşayan minlərlə azərbaycanlı da ruhu və qəlbi ilə sizin yanınızdadır. Sabah müharibə başlasa, əminəm ki, vətənimizdən uzaqda yaşayan bir çoxumuz gəlib torpaqlarımız uğrunda vuruşacağıq. Ermənitsanın iyul təxribatından sonra Azərbaycanda və xaricdə soydaşlarımızın göstərdiyi birlik, həmrəylik, mütəşəkkillik bir daha sübut etdi ki, xalqımız Qarabağı geri qaytarmaq əzmindədir. Dövlətimizin başçısı, Ali Baş Komandan, xalq və ordu birləşərək Qarabağ torpaqlarının azad edilməsi və işğalçılardan təmizlənməsini səbirsizliklə gözləyir. Zor və qanla işğal edilmiş torpaqlarımızı təəssüf ki, elə güc və qanla da geri qaytara bilərik. Əgər sabah müharibə başlasa xalqımız qan axıdılacağını, qurbanlar verəcəyini bilir, amma BİZ QALİB GƏLƏCƏYİK!"

"Azərbaycan diasporu Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çox böyük rol oynayır"
 

Ukraynada texnika elmləri doktoru, professor, Xarkov Milli Radioelektronika Universitetinin prorektoru Murad Ömərov: "2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayında ulu öndər Heydər Əliyevin tövsiyələrini əsas tutaraq Azərbaycan diasporu dünyanın müxtəlif ölkələrində daha yüksək səviyyədə təşkilatlanmağa başladı. 2002-ci ildə yaradılmış Diasporla İş üzrə Dövlət Komitəsi isə bu proseslərə böyük təkan verdi. Artıq 2020-ci ildə püxtələşmiş, təşkilatlanmış Azərbaycan diasporu tarixi Vətəndə gedən proseslərə, Dağlıq Qarabağ probleminə lazımi reaksiya verir və Azərbaycan həqiqətlərinin dünya içtimayətinə çatdırılmasında çox böyük rol oynayır. Tovuz döyüşləri zamanı biz bir daha soydaşlarımızın bu reaksiyasının şahidi olduq. Dünyanın müxtəlif ölkələrində, o cümlədən, Amerika və Avropada Azərbaycan diaspor təşkilatlarının çoxsaylı etiraz mitinqləri dünya içtimayətinin diqqətini cəlb etməyə məcbur etdi. Ukraynanın bir neçə böyük şəhərində, o cümlədən Xarkovda Azərbaycanın Fəxri Konsulluğunun qarşısında aksiya keçirildi. Çıxış edənlər Ermənistan hərbiçilərinin Tovuz rayonu ərazisində törətdiyi təxribatı qəti şəkildə pisləyərək Azərbaycan həqiqətlərini Xarkov ictimaiyyətinə çatdırdı.
Biz əminik ki, dövlətimizin apardığı müdrik siyasət nəticəsində doğma Qarabağımız tezliklə erməni işğalından azad olunacaq. Həmişə dövlətimizin, ordumuzun, əsgərimizin yanındayıq və hər cür dəstək verməyə hazırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31