Diasporla işə obyektiv baxış: ictima fəaliyyət növü və ya inzibati amirlik sistemi kimi
25 İyul 2020 08:21 DiasporaDiasporlararası qarşıdurma yaratmağa çalışan ermənilərin məkrinə bələd olan Azərbaycan diasporu müdrikcəsinə hərəkət edərək provakasiyaya getmədən sivil yanaşma sərgiləyərək erməni diasporunun təhlükəli xarakterini üzə çıxartdı və beynəlxalq ictimaiyyətə göstərdi.
Ermənistanın Azərbaycanın dövlət sərhədinin Tovuz istiqamətinə qəfil hücumundan, təcavüz, təxribat-pozuculuq aktından sonra baş verən ümumxalq hərəkatı təkcə Azərbaycan Respublikası vətəndaşlarının deyil, bütövlükdə dünya azərbaycanlılarının məziyyətlərini bir daha ortaya qoydu.
Milli genetika və psixologiyadan irəli gələn ən üstün keyfiyyətimiz - Vətən naminə əlbir və həmrəy ola bilməyimiz, müştaq olduğumuzu nümayiş etdirməyi bacarmağımızdır.
Bəşəriyyəti bürüyən koronavirus pandemiyasının öldürücü təsirini gözə almayan, dünyanın dörd bir yanında yaşayan soydaşlarımız və həmvətənlərimizin səfərbər olmaları, kütləvi yürüşlər keçirməklə kəskin mövqe göstərərək mövcud vəziyyət ilə bağlı olduqları cəmiyyət və dövlətləri məlumatlandırmaq üçün müxtəlif sivil vasitələrə əl atmaları olduqca təqdirəlayiqdir.
Bu dövrə qədər ilk dəfədir ki, xaricdə yaşayan azərbaycanlıların belə mütəşəkkil qaydada təşkilatlanmasının və koordinasiyasının şahidi oluruq.
İctimai mənşəyindən, sosial statusundan, iqtisadi vəziyyətindən və siyasi baxışından asılı olmayaraq vəhdət təşkil edərək vahid ideya - "azərbaycançılıq" atəşi ətrafında sıx cəmləşə bildilər.
Bütün bunlar artıq formalaşmış Azərbaycan diasporundan xəbər verməklə yanaşı, bütövlükdə dünyəvi inkişafı özündə ehtiva edir.
Əgər, milli taleyüklü məsələdə bir xalq olaraq iradə ortaya qoya biliriksə, deməli artıq bu sahənin idarəediməsində institusional quruculuğa müvəffəq olmuşuq.
Bəlkədə uzaqdan asan gəlir bu fəaliyyət və nailiyyət.
Amma müxtəlif dövrlərdə başqa-başqa səbəblər üzündən Vətəni tərk edərək digər dövlətlərdə məskunlaşan, özünə yurd salan insanları bir araya gətirmək və ictimai fəaliyyətə sövq etmək düşündüyümüz kimi, sadə deyil.
Buna sistemli fəaliyyətin təşkil edilməsi, düzgün koordinasiya ilə yanaşı, oturuşmuş ideolologiyanın olması ən başlıca şərtdir.
Müstəqil dövlətimizin müasir olmasını və "azərbaycançılığın" siyasi-ideoloji cəhətdən tətbiqinin ləngiməsi icmalaşmadan yeni mərhələyə - diasporlaşmaya keçid edən xaricdəki Azərbaycan təşkilatlarından inzibati amirlik sistemindəki kimi, hüquqi çərçivədə konkret nəticə gözləmək doğru olmazdı.
Bəllidir ki, diasporun hüquqi təyinatı yoxdur.
O ki qaldı ictimai işə, yəni, sosial-mədəni fəaliyyətə o da həmin ölkələrin qanunvericiliyinə əsasən reallaşdırılır.
Diaspor mürəkkəb konfqurasiyalı mexanizmdir. Bunu "Robot"a bənzətmək və ya buna "Vassalıq" kimi baxmaq tamamilə yalnışdır.
Bu iş sərbəstdir, içdən gəlməlidir və heç kəs buna məcbur edilə bilməz.
Bu nöqteyi-nəzərdən son günlər ərzində Azərbaycan diasporunun təəsübkeşliyin və tədbirlərin yüksək qiymətləndirmək vacib lazımdır.
Nəinki tənqid etmək və qınamaq!
"Kənardan döyüş asan gəlir" el məsəlinə uyğun fikir yürütmək və davranmaq ümumi məqsədimizə xələl gətirir və birgə-bərabər addımlamağımıza əngəl törədir.
Əsla, debilizm simptomlu erməni diasporunun qeyri-insani hərəkətləri, törətdikləri cinayət hələ azərbaycanlıların zəifliyi və ya Azərbaycan diasporunun gücsüzlüyündən danışmağa və müqayisə aparmağa əsas verməməlidir.
Tarixdən məlumdur ki, erməni diasporu daim qara işlər və çirkin əməllərlə məşğul olub və vəhşiliyi özlərinin simvoluna çevriliblər.
İfrat gərginliklə yüklənən "erməniçilik" dünya üçün təhdidə çevrilir və bəşəri dəyərləri təhlükə qarşısına qoyur.
Bu aqressiv ermənilərin cəzasız qalmalarının və işğalçı Ermənistanın təqsirsizlik prezumpsiyasının bariz nəticəsidir.
Bu xalqın diasporunun yaranmasının kökündə etnik-milli nifaq və cəfəng iddialar dayanır. Xəstə təxəyyülün məhsulu olan erməni icması istənilən bir cəmiyyət üçün real və potensial təhlükə olmaqla, etnik-milli zəmində qarşıdurmanın "barıt çəlləyidir".
Buna diaspor deyil, "mafioz klan" kimi baxılmalıdır.
Təkcə bizə yox, əsrlər boyu Türkiyə vətəndaşlarına, ələlxüsus diplomatlarına, eləcə də (Türk-İslam dövlətlərinə) ərəb, yəhudi diasporuna qarşı məkirli kompaniyalar və mənfur niyyətlərini həyata keçiriblər.
Son təfərrüatlar və təbəddülatlar sübut etdi ki, biz olduqca, mütərəqqi xalqıq. Hər bir yerdə öz səviyyəmizi gözləyirik və göstəririk.
Böyük Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və Prezident İlham Əliyevin yeni müstəviyə daşıdığı diaspor siyasəti milli və bəşəri inkişafa, yerli və beynəlxalq hüquqa söykənir. Tarixi həqiqətləri xarakterizə edir. Xülyanı, nifaqı deyil, gerçəyi, sülhü təzahür etdirir.
Məhz barbar təfəkkürlü erməni diasporundan fərqli olaraq, Azərbaycan diasporu multikulturalizm, tolerantlıq ənənələrinə malik olub,
mövcud olduqları cəmiyyətlərin ümumi tərəqqisinə, xalqlararası, dövlətlərarası münasibətlərin qalxmasına töhfə verir.
Hamılıqla ciddi cəhdlə çalışmalıyq ki, Azərbaycan naminə yaxşını görək və edək.
Bu həssas vaxtda hər şeyi öz adı ilə çağırmalıyıq:
Bizim Vətənimizdə oturub Azərbaycan boyda dünya quran vətənpərvərlərimizi, Azərbaycan diaspor camiyəsini sınamağa və qınamağa haqqımız yoxdur.
Məhz Diasporla İş üzrə Dövlət Komitəsinin inzibati işlər üzrə koordinatorluq funksiyası zamanı verdiyi təlimatların qayda-qanunlar çərçivəsində olması peşəkar yanaşmadır.
Diasporla işə subyektiv yanaşsaq da, ancaq obyektiv baxış olmalıdır. Burada təzadlı idarəetmənin iki tərəfinin - ictima fəaliyyət növü və inzibati amirlik sistemi kimi mövcudluğunu yaddan çıxarmamalıyıq.
Diasporun özü "beynəlxalq icma" - "publik diplomatiya" - "yumşaq güc" statusuna yiyələnsədə, bu təşkilati-strukturlar vətəndaş cəmiyyətinin bir qolu hesab edilə bilər.
Baxmayaraq ki, məzmun və forma nöqteyi-nəzərdən məqsəd və vəzifə müxtəlifdir.
Lakin hüquqi nizamlanma qaydası eyni və könüllü fəaliyyət növü olduğuna görə mürəkkəb sistemlərin bütün baş xassələrini və onların qarşılıqlı əlaqələrini nəzərə alaraq, elmi cəhətdən əsaslandırılmış metod seçilməli və sistemli yanaşmanın spesifik olması labüddür.
Biz, xaricdə yaşayan soydaşlarımızı və həmvətənlərimizi hər hansısa problemə, təhlükəyə sürükləyə, yəni, erməni təxribat-pozuculuq fəaliyyətinin qurbanına çevirə bilmərik.
Əslində, bu işlə sırf diaspor deyil, lobbi məşğul olmalıdı. İstər mahiyyət etibarilə, istərsə də ictimai-siyasi cəhətdən yanaşdıqda ümummilli maraqların xeyrinə bu belədir.
Bu gün Azərbaycan diaspor fəaliyyətinə dünya azərbaycanlılarının münasibəti birmənalı olmadığına, fikir müxtəlifliyinə hörmətlə yanaşılmalıdır və hər kəsin haqqı var ki, bu işdə bu və ya digər formada iştirak etsin.
Ən əsası isə daim diqqət mərkəzinə çevrilsin.
Eyni zamanda,
1. Diasporla İş üzrə Dövlət Komitəsinin yanında İctimai Şuranın yaradılması və istənilən şəxsin bu qurumla əməkdaşlığının təşkil edilməsi.
2. Lobbi vahid komunikasiya sisteminin yaradılması və elektron informasiya vasitələrilə "Şəbəkə məlumat mübadiləsi"nin aparılması.
(Sistemli yanaşma mütəxəssislərin formal bilik və intuisiyalarını birləşdirərək məqsədyönlü analitik idəretməni stimullaşdırır. Sistemli yanaşmada tədqiqat prosesinin alt proseslərə ayrılması, proseslərin məqsədyönlü modelləşdirilməsi və təyin olunmuş problemlərin həlli üçün qərarların qəbulu alqoritmlərinin işlənməsi nəzərdə tutulur.)
XXI əsr istənilən sferada yeni yanaşma, tələb və təkliflərin üstün mövqeyə sahibləndiyi ilə seçilir.
Xaricdə olan diasporlar beynəlxalq ictimiayyət və ölkənin daxilində fəaliyyət göstərən institutlar arasında bir körpü rolunu oynayır.
Xarici ölkələrdə saytların açılması, tanıtım-təbliğat lövhələrinin vurulması və diskusiya klublarında azərbaycanlı mütəxəssislərin iştirakının təşkili və s.
Bu xüsusda, dövlət-diaspor strategiyasına yenidən baxılması, bu sahənin immunitet və imtiyazlarının artırılması məqsədəuyğundur.
Qeyd:
Bildiyimiz kimi,
Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyadakı Azərbaycan və Ermənistan icmalarının tanınmış nümayəndələri - "Kiyevskaya ploşad" şirkətinin rəhbəri Qod Nisanov və Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanla görüşüb.
Bir müddət əvvəl, ABŞ Dövlət katibi Mayk Pompeo İran-Amerika Cəmiyyətinin nümayəndələri ilə
ABŞ-İran münasibətləri, İranda rejim dəyişikliyinə birbaşa hərbi müdaxilə yoluyla nail olmaq istədikləri və sanksiyalar barədə fikirlərini çatdırmaq üçün qapalı görüş keçirmişdi.
Belə ki, ABŞ-da Qlobal Diaspor Forumunun təşkili artıq ənənəvi hal alıb. Dövlət katibliyi ABŞ-da diaspor icmalarının nümayəndələrinin ya özləri fərdi qaydada, ya da Amerika hökuməti ilə tərəfdaşlıq əsasında vətənlərində problemlərin həllinə kömək edə biləcəyinə inandığını bəyan edib.
ABŞ-da diaspor icmalarının 500-dən çox nümayəndəsi və Birləşmiş Ştatların yüksək səviyyəli rəsmiləri qatıldığı Vaşinqtonda ikinci Qlobal Diaspor Forumunun açılışında Eks Dövlət katibi H.Klinton nitq söyləmiş, "Vətənə kömək edərək irəliyə getmək" şüarı altında keçirilən forumda diaspor icmalarının üzvləri ilə ABŞ hökuməti arasında tərəfdaşlıq məsələləri diqqət mərkəzində olacağını bildirmişdi.
Unutmayaq!
Hədəf Azərbaycan diasporu deyil, Qarabağ - Azərbaycandır!
Biz birlikdə güclüyük.
Yəhya Babanlı,
Diaspor məsələləri üzrə ekspert