Dövlət büdcəsindən Ombudsmana ayrılacaq vəsaitin məbləği açıqlanıb
24 Oktyabr 2018 13:20 DiasporaGələn ilin dövlət büdcəsindən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsman) ayrılacaq vəsait artırılır.
2019-cu ilin büdcəsindən Ombudsmana 2 milyon 267 min 848 manatın ayrılması planlaşdırılır.
Bu məbləğ 2018-ci ildəki vəsaitdən 396 min 223 manat çoxdur.
Qeyd edək ki, büdcə zərfi gələn ay Milli Məclisdə müzakirəyə çıxarılacaq.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31