Daxili siyasət

Hacı Fuad: "Gəncədəki hadisələrin dinlə əlaqələndirilməsini rədd edirik"

16 İyul 2018 15:36

“Ümumiyyətlə Qafqaz Müsəlmanları İdarəsi Gəncədəki qəsd və terror hadisəsi ilə bağlı olaylara bəyanat vasitəsilə öz münasibətini bildirib. Bəyanatda açıq-aşkar qeyd olunur ki, bu məsələ dini məsələ deyil. Əlbəttə ki, bu törədilənləri dinlə bağlamaq olmaz. Bu məqsədyönümlü şəkildə törədilib”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Gəncədə törədilən cinayət birbaşa terror aktıdır - MÖVQE

16 İyul 2018 15:18

Vəkil: “Bu hadisəni müdafiə eləmək terrorçunun yanında olmaq deməkdir” Gəncədə baş verən hadisəyə müxtəlif don geyndirilsə də olayın bir adı var-terror. Terror isə dünyada bəyənilmir və beynəlxaq aləmdə ictimi qınaqla qarşılanır.

Məhluqə Qaramanlı:" Azərbaycanda güclü olan xalq-iqtidar birliyini heç bir qüvvə poza bilməz"

16 İyul 2018 15:12

"Son illər sürətlə inkişaf edərək dünya birliyində özünə layiqli yer tutan, söz və nüfuz sahibinə çevrilən Azərbaycanın uğurları bəzi qüvvələri ciddi narahat etməyə başlayıb. Öz çirkin niyyətlərini açıq şəkildə ifadə etməyə cürəti çatmayan həmin dairələr təəssüf ki, Azərbaycanı daxildən sarsıtmaq, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq üçün radikal ünsürlərdən, doğma yurduna xəyanət edən şəxslərdən istifadə etməyə çalışırlar. Lakin respublikamızda qarışıqlıq salmaq istəyən qruplar, eləcə də onların xaricdəki havadarları qəti şəkildə bilməlidirlər ki, Azərbaycan xalqı, o cümlədən ölkəmizin vətəndaş cəmiyyətinin nümayəndələri son ana qədər dövlətin, dövlətçiliyin keşiyindədirlər. Azərbaycanda güclü olan xalq-iqtidar həmrəyliyini heç bir qüvvə poza bilməz". Bu fikirləri Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Qaramanlı Gəncə hadisələri ilə bağlı deyib.

Deputat: “İftira üzrəində qurulmuş kampaniyaların heç bir səmərəsi olmayacaq”

16 İyul 2018 14:44

“Cənab Prezdent Gəncə hadisələri ilə bağlı hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirilən iclasda çox düzgün olaraq vurğuladı ki, Azərbaycana qarşı yalan, iftira üzrəində qurulmuş kampaniyaların heç bir səmərəsi olmayacaq. Təbii ki, Azərbaycanın müstəqillik tarixində belə çirkin kampaniyalar ilə çox rastlaşmışıq”. Bunu millət vəkili Azər Badamov deyib.

Aydın Səfixanlı: "Gəncədəki hadisələrin dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir"

16 İyul 2018 14:35

"Gəncə şəhərində qanlı hadisələrin dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir". Bunu Ombudsman Aparatının rəhbəri, hüquq uzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

"Bu saytları araşdıranda məlum oldu ki..." - Vüqar Rəhimzadə

16 İyul 2018 14:20

"İstər cəbhə bölgəsində baş verən hadisələr, istərsə də bu cür məqamlarda bəzi saytlar, müxtəlif sosial şəbəkə istifadəçilərinin fəallaşması müşahidə edilir". Bu sözləri “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Media: dini radikalizmlə mübarizə” adlı tədbirdə çıxışı zamanı deyib.