"Bu saytları araşdıranda məlum oldu ki..." - Vüqar Rəhimzadə

"İstər cəbhə bölgəsində baş verən hadisələr, istərsə də bu cür məqamlarda bəzi saytlar, müxtəlif sosial şəbəkə istifadəçilərinin fəallaşması müşahidə edilir". Bu sözləri “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Media: dini radikalizmlə mübarizə” adlı tədbirdə çıxışı zamanı deyib.

"İstər cəbhə bölgəsində baş verən hadisələr, istərsə də bu cür məqamlarda bəzi saytlar, müxtəlif sosial şəbəkə istifadəçilərinin fəallaşması müşahidə edilir".

Bu sözləri "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Media: dini radikalizmlə mübarizə" adlı tədbirdə çıxışı zamanı deyib.

V.Rəhimzadə onu da vurğulayıb ki, düşmən ölkənin xüsusi təyinatlı qüvvələri tərəfindən maliyyələşdirilən bu saytların ictimai-siyasi sabitliyi pozmağa cəhd etməsi istisna edilmir:

"Bu saytları Mətbuat Şurasında araşdırırıq. Məlum olur ki, onların sahibləri xaricdə domen alıb, Azərbaycanla bağlı çaşdırıcı məlumatlar yayırlar".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31