Gəncədə törədilən cinayət birbaşa terror aktıdır - MÖVQE

Vəkil: “Bu hadisəni müdafiə eləmək terrorçunun yanında olmaq deməkdir” Gəncədə baş verən hadisəyə müxtəlif don geyndirilsə də olayın bir adı var-terror. Terror isə dünyada bəyənilmir və beynəlxaq aləmdə ictimi qınaqla qarşılanır.

Vəkil: "Bu hadisəni müdafiə eləmək terrorçunun yanında olmaq deməkdir"

Gəncədə baş verən hadisəyə müxtəlif don geyndirilsə də olayın bir adı var-terror. Terror isə dünyada bəyənilmir və beynəlxaq aləmdə ictimi qınaqla qarşılanır. Dövlətə, dövlətçiliyə, insanlara qarşı yönəlmiş bu qanlı olay həyata keçirilmə üsul və vasitələrindən asılı olmayaraq inkar edilir. Məhz bu səbədən də bu kimi qanlı aksiyaların ideoloqları, təşkilatçıları və icraçılarının sərt şəkildə cəzalandırılması tələb olunur. Hərbi-siyasi, hüquqi ekspertlərin qənaətinə görə, Gənsədə baş verən olay da terror aksiyasıdır.  Vəkil Rövşən Qasımov hesab edir ki, Gəncədə törədilən cinayət birbaşa terror aktıdır. Və bunu təşkil edənlər, arxasında duranların qarşılarına qoyduğu əsas məqsəd də ölkədə ictimai-siyasi sabitliyi pozmaq, qarşıdurma yaratmaqdan ibarət olub: "Bu hadisəni müdafiə eləmək terrorçunun yanında olmaq deməkdir. Həm də, dövlətə qarşı çıxmaqdır. Ona görə də hesab edirəm ki, bu cür məqamlarda belə qruplar, təşkilatlar ictimai qınaqdan başqa, həm də dövlət tərəfindən xüsusi bir mexanizmlə cəzalanmalıdır. Söz yox ki, bu məsləni sosial şəbəkələr vasitəsi ilə gündəmə gətirib, öz çirkin məqsədlərinin həyata keçirilməsinə yönəldənlər Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli, Arif Hacılı və digər xarici qüvvələrdən maddi və mənəvi dəstək alanlardır. Onlar məram və məqsədlərini anlamayan bir neçə gənci ələ almaqla öz pozucu niyyətlərinin həyata keçirilməsinə ümid bəsləyirlər. Birmənalı şəkildə demək olar ki terrorçuya dəstək vermək, terrorçunu maliyyələşdirmək kimi bir şeydir. Ona görə də hesab edirəm ki, bunlar haqqında xüsusi araşdırmalar aparılmalıdır və buna hüquqi qiymət verilmədir. Tək ictimai qınaqla bunlar kənarda qalmalı deyil. Belə bir terror hadisəsinin dəstəklənməsi isə qətiyyən yolverilməzdir. Ancaq və ancaq ölkədə sabitliyin pozulmasına istəyən adamlar bu hadisəni törətmiş şəxsə dəstək verə bilərlər. Ancaq onlar bilməlidir ki, Azərbaycan güclü dövlətdir və kimlərsə bu cür hadisələrlə ictimai-siyasi sabitliyi poza bilməz. Bu gün hüquq-mühafizə orqanları araşdırma aparır və nəticə hər kəsə aydın olacaq. Əminik ki, sosial şəbəkələrdə insanları kütləvi itaətsizliyə çağıranlar öz məkrli istəklərinə nail olmayacaq və sərt şəkildə hər kəs layiqli cəzalarını alacaqlar". Onun sözlərinə görə, Gəncədə baş verən cinayət hadisəsindən sonra özlərini "demokrat" adlandıran və guya hər zaman hüququn aliliyi prinsipindən çıxış etdiklərini deyən dağıdıcı müxalifət və onlara dəstək verənlər hadisəni törədən şəxsi müdafiə etməyə başlayıb. Kimlərdir bu çağırışları edənlər? Həmişə olduğu kimi, xaricdən maddi və mənəvi dəstək alanlar. Onlar durmadan ölkə vətəndaşlarını itaətsizliyə çağırışlar ediblər və bu gün də baş verənlərdən istifadə edərək öz çirkin əməllərini davam etdirirlər: "Halbuki, hüquq-mühafizə orqanlarının ilkin araşdırmalarından sonra Gəncədə baş verən olayın terror hadisəsi olduğu təkzibolunmaz faktlarla ictimaiyyətə bəlli olub. Amma buna baxmayaraq, hadisəni törətmiş Yunis Səfərov anti-milli ünsürlər və dağıdıcı müxalifət tərəfindən sosial şəbəkələrdə cəmiyyətə "qəhrəman" kimi təqdim edilir. Deyərdim ki, bu gün sosial şəbəkələrdə terroru törədənlərə dəstək çağırışlar edənlər də həmin terroru planlaşdıran qüvvələr tərəfindən edilir. Bu çağırışların sosial şəbəkələrdə yayılması insanları çaşdırmaq məqsədi daşıyır. Məhz buna görə də, Azərbaycan xalqı, o cümlədən gəncəlilər belə bir aksiyaya dəstək vermir. Çünki bilirlər ki, bu çağırışları edənlər öz ağalarından aldıqları sifarişləri yerinə yetirirlər. Bunun arxasında terrorçu qruplar dayanır və onlar da daxildəki əlaltılarından istifadə edərək, çağırışları cəmiyyətə sırımağa çalışırlar. Ancaq həmin ünsürlər anlamalıdırlar ki, bizim cəmiyyətimiz dəfələrlə belə hadisələrin şahidi olub, ancaq heç zaman dəstək verməyib və verməyəcək də. Çünki belə çağırışların arxasında hansı məkrli qüvvələrin hansı məqsədlərinin dayandığını hər kəs yaxşı bilir".

Vəkil birmənalı şəkildə bildirib ki, siyasi sabitliyin pozulmasına, qarşıdurmaya, xaosa, ədavətə xidmət edən bu çağırışlar özü özlüyündə terror aksiyasıdır: "Eyni zamanda, terrorçu ətrafında mif yaratmaq, onu qəhrəmalaşdırmaq, vətəndaş itaətsizliyinə çağırışlar etmək fikrimizin həqiqiliyinə şübhə yeri qoymur. Belə çağırışlar bir neçə il əvvəl "Müsəlman Birliyi Hərəkatı"nın sədri Taleh Bağırovun həbsi ərəfəsində başlamışdı. Bu isə bir daha onu təsdiqləyir ki, növbəti hadisələr də eyni mərkəzdən idarə olunur. Bir sözlə görünən dağ bələdçi istəmir. Çünki terrora çağırış edənlər onu həyata keçirənlərlə eyni məsuliyyəti daşıyırlar. Bu baxımdan hesab edirəm ki, belə çağrışlara yol verən insanlar kimliyindən asılı olmayaraq ifşa olunmalı və məsuliyyətə cəlb edilməlidirlər. Azərbaycan respublikasının qanunvericiliyinə görə, terrora çağırışlar və ya terror hadisənin törədilə biləcəyi ilə bağlı dəqiq məlumati olub, hüquq-mühafizə orqanlarına məlumat verməməyə görə, azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Hesab edirəm ki, Azərbaycan hüquq-mühaizə orqanları sosial şəbəkələrdə qeyri-qanuni çağrışıar edənləri məsuliyyətə çəlb olunmaları üçün müvafiq addımları bir qədərdə sərtləşdirmiş olacaq".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31