Daxili siyasət

"Milli Şuranın uğursuz cəhdlərinin heç bir mənası yoxdur"

22 Yanvar 2019 13:05

“Şəhidlər Xiyabanı müqəddəs yerdir. Burada uyuyan insanlar Azərbaycan xalqının dəyərli övladları, xalqımızın azadlığı, ölkəmizin müstəqilliyi uğrunda özlərini fəda etmiş insanlardır. Hər kəs Şəhidlərimizin xatirəsini hörmətlə yad etməli, davranışına fikir verməlidir. Partiyasından asılı olmayaraq hər hansı müxalifət nümayəndəsi xalqımız üçün müqəddəs sayılan bir məkanda öz davranışına fikir vermirsə, ədəb-ərkan çərçivəsindən kənara çıxırsa, o zaman bunun adı tərbiyəsizlik, şəhidlərə, xalqın adət-ənənəsinə hörmətsizlikdir”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

"25 ildə radikal düşərgədə dəyişiklik olmayıb və bu, məğlubiyyət deməkdir”

22 Yanvar 2019 13:00

“Ümumxalq hüzn günlərində siyasi iddiaları qabartmaq, qarışıqlıq salmaq, mənfəət güdmək doğru deyil və qeyri-etikdir. Söhbət Şəhidlər xiyabanı kimi artıq millətin nəzərində müqəddəsləşmiş məkanlardan gedəndə vəziyyət daha həssas və prinsipial xarakter alır”. Bunu “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev “Milli Şura”nın Şəhidlər Xiyabanında qarşıdurma yaratmaq cəhdlərinə münasibətini bildirərkən deyib.

Prezident İlham Əliyevdən daha bir humanist addım

22 Yanvar 2019 12:42

Azərbaycan dövləti və onun prezidenti üçün insan hüquq və azadlıqlarının qorunması əsas şərtdir

Azərbaycan dövləti kənar iradəyə tabe olmadan müstəqil siyasət aparır

22 Yanvar 2019 12:02

Rafael Hüseynov: “Belə bir müstəqil siyasətə və inkişafa maneçilik törətmək istəyən qüvvələr az deyil”

“Milli Şura”çıların itirilmiş mənəviyyatı...

22 Yanvar 2019 12:00

“Demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanın demokratiya təcrübəsi digər dövlətlərə nümunə olduğu halda sapı özümüzdən olan baltaların xaricdən anti-Azərbaycan qüvvələrin dəstəyi ilə ölkəmizin uğurlarına kölgə salmaq cəhdləri mənəviyyatsızlıq, vətəndaşlıq təəssübkeşliyi anlayışının bu ünsürlər üçün nə qədər yad olduğunun göstəricisidir.” Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “milli şuraçı”ların 19 yanvar mitinqinə, eyni zamanda, 20 Yanvar şəhidlərinin anım günündə ictimai asayişi və nizam-intizamı pozmaq cəhdlərinə münasibət bildirərkən söyləyib.

Struktur islahatları ölkədə işsizlik səviyyəsinə mənfi təsir etməyəcək

22 Yanvar 2019 11:57

Potensiallı kadrlar tezliklə digər qurumlarda iş tapacaqlar

"Bu gün xalq cənab Prezidenti dəstəkləyir"

21 Yanvar 2019 16:08

"Ümumiyyətlə, bütün Azərbaycan vətəndaşlarına bərabər hüquq verilib. Bu gün artıq müxalifətin ən böyük taktikası, arzusu ondan ibarətdir ki, ajiotaj yaratmaqla nəsə əldə etməkdir. Çünki xalq tərəfindən bunlara dəstək olmur. Onlara ancaq havadarları dəstək olur". Bunu Yeni Azərbaycan Partiyasi Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb

21 Yanvar 2019 16:01

Həbsdə olan bloqqer Mehman Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Yanvarın 20-də imzalanmış müraciətdə deyilir: “Hörmətli cənab Prezident,

Radikal müxalifətin növbəti uğursuzluğu

21 Yanvar 2019 14:49

Azərbaycanın radikal siyasi düşərgəsi yenidən ölkədə xaos, anarxiya yaratmaq məqsədilə ənənəvi mitinq şousundan istifadə etdi. Yanvarın 19-da “Məhsul” stadionuna toplaşan radikal müxalifətçilər xeyli müddət bu aksiyaya hazırlaşmalarına rəğmən yenə də öz istəklərinə, eləcə də onların Avropadakı ağalarının məqsədlərinə nail ola bilmədilər. Ümumxalq mitinqi kimi qələmə verdikləri aksiyaya heç 3 min nəfər toplaya bilmədilər ki, bu da radikal siyasi düşərgənin kifayət qədər zəif, elektoratsız olduğunu bir daha ortaya qoydu. Mitinq iştirakçılarının sayına gəlincə, rəsmi rəqəmlərdən aydın oldu ki, radikal müxalifətin mitinqində cəmi 2800 nəfər iştirak edib.

“Milli Şuranın məqsədi Avropadakı dostlarından qrant almaqdır"

21 Yanvar 2019 14:15

“Mitinqi təşkil edənlər yaxın keçmişə nəzər salmalıdırlar. Çünki onlar 1990-cı illərdə də keçirdiyi mitinqlər vasitəsilə, dövlətin xalqın başına oyunlar, müsibətlər gətirdilər. Ölkəmizi ağır vəziyyətlərə düçar etdilər, vətəndaş müharibəsinə qədər gətirib çıxardılar. O dövrdə həyata keçirilən müsibətlər illərlə aradan qaldırıldı. İndi yenə iştaha düşüblər? Azərbaycan xalqı müxalifətin törətdiyi özbaşınalığın əziyyətini ilə öncə çəkib və bu gün onlara nə inanır nə də arxaları ilə gedir”. Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Radikalların növbəti mitinq şousu

21 Yanvar 2019 13:42

Və ya erməni maraqlarına xidmət edən aksiya