Ali Məclisin sədri Naxçıvan MR-in ali vəzifəli şəxsi sayılmayacaq
12:03 Daxili siyasətNaxçıvan Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi sayılmayacaq.
Olaylar.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, Naxçıvan MR-in ali vəzifəli şəxsi Naxçıvan MR Ali Məclisinin sədridir. Sözügedən maddədə Naxçıvan MR-in ali vəzifəli şəxsinin səlahiyyətləri də əksini tapıb.
Qanun layihəsində həmin maddənin ləğv edilməsi təklif olunur.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31