"Market açılana qədər məktəbəqədər təhsil müəssisəsi açılsın"-Deputat
12:26 Daxili siyasət"Hər tikilən yeni binanın həyətində məktəbəqədər təhsil müəssisəsi olmalıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. Deputat qeyd edib ki, binaların həyətində market və başqa yerlər açılana qədər məktəbəqədər təhsil müəssisəsi açılsa, daha yaxşı olar: "Sahibkarlara da bu məsələdə dəstək verilməlidir. Bu da sağlam gələcəyimizin formalaşmasında vacib şərtlərdən biridir. Elə müəssisələr var ki, orada hər uşağa görə 7 min illik ödəniş tələb edilir. Bu kimi məsələlərə də baxmaq lazımdır ki, hər bir ailənin buna imkanı çatsın".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31