Novruz bayramında ƏFV OLACAQ? — ÖZƏL AÇIQLAMA
9 Fevral 2024 13:32 Daxili siyasətAzərbaycanda əlamətdar günlərdə, xüsusən Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalanır. Bəs bu il də əfv sərəncamı olacaqmı?
Olaylar.az xəbər verir ki, bu barədə News24.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, əfv sərəncamının imzalanması gözlənilir:
"Əfv sərəncamının imzalanmasına ümidimiz var. Monitorinq qrupumuz da bu istiqamətdə işlər aparır. Lazımi şəxslərlə görüşürük və müraciətlər də etmişik. Bildiyimiz kimi, ölkədə Prezident seçkiləri keçirildi. Artıq ölkə yeni dövrə qədəm qoyur. Mən hesab edirəm ki, əfv sərəncamı olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31