"Hollywood”un ən çox qazanan aktyoru Kimdir?
Dueyn Conson ötən il olduğu kimi, bu il də “Hollywood”un ən çox qazanan aktyoru olub.
12 Avqust 2020 14:37 BiznesDueyn Conson ötən il olduğu kimi, bu il də "Hollywood"un ən çox qazanan aktyoru olub.
Bu barədə "HaberGlobal" məlumat yayıb.
2020-ci ilin iyun ayına olan nəticələrə əsasən, 87.5 milyon dollar qazanan Dueyn Consonu siyahıda Rayan Reynolds (71.5 milyon dollar) və Mark Uolberq (58 milyon dollar) izləyib.
"Qaya" ləqəbli Dueyn Conson hələ izləyicilərin qarşısına çıxmayan "Netflix" filmi "Red Notice"dən 23.5 milyon dollar qazanıb.
Qeyd edək ki, D.Conson ötən il də "Hollywood"un ən çox qazanan aktyoru olmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31