Nəsrin Cavadzadənin müzakirələrə səbəb olan - Açıqlaması
Alfa (yetkin) kişi yoxdur
7 Avqust 2020 23:03 BiznesTürkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin açıqlaması müzakirələrə səbəb olub.
Ötən gün Nişantaşında görüntülənən sənətçiyə sevgilisinin olub-olmaması barədə suallar ünvanlanıb.
Nəsrin jurnalistlərə "Alfa (yetkin) kişi yoxdur. Ona görə də qəlbim boşdur. İbrahim Tatlısəsin "Urfada Oksford var idi, biz oxumadıq?" sözləri kimi mən də deyirəm ki, alfa kişi var idi, biz sevmədik? Təəssüf ki, yoxdur...", deyə bildirib.
Sosial şəbəkələrdə aktrisaya "Alfalar hələ böyüməyib, onlar yeni nəsildir", "Sən özün alfasan?", "Görək alfa kişilər hələ səni bəyənir?" tipli rəylər yazılıb.
Qeyd edək ki, alfa kişilər türk lüğətində hər cür vəziyyətdə necə davranacağını bilən, həyat təcrübəsi ilə bişmiş, özünü yetişdirən adam kimi təsvir edilir.