“Ankaradakı partlayışın arxasında birləşmiş terror qruplaşması dayanır”
22 Oktyabr 2015 18:36 DünyaAnkarada 102 nəfərin ölümünə səbəb olan partlayışların arxasında birləşmiş terror qruplaşması dayanır. Modern.az Türkiyə mediasına istinadən bildirir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib. "Ankaradakı iki partlayışı törədən beynəlxalq qruplaşmaya İraq-Şam İslam Dövlətinin (İŞİD) yaraqlıları, PKK-nın ekstremistləri, eləcə də xarici xüsusi xidmət orqanları daxildirlər", - Ərdoğan bəyan edib. Oktyabrın 19-da Ankara Baş Prokurorluğu terror aktının icraçılarından birinin Yunus Emre Alagöz olduğunu açıqlayıb. İŞİD-lə əlaqəli olan caninin qardaşı isə iyulun 20-də Şanlıurfa əyalətində özünü partlatmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31