Nazir: "Manatın devalvasiyası Formula 1 və İslam Həmrəyliyi Oyunlarının büdcəsinə heç bir təsir göstərməyəcək"

Manatın devalvasiyası Azərbaycanda 2016-cı ildə keçiriləcək Formula 1 yarışının və 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarının büdcəsinə heç bir təsir göstərməyəcək. APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, hər iki yarışmanın büdcəsi artıq təsdiq olunub, yarışların büdcəsi əvvəldən dollarla hesablanıb. Onun sözlərinə görə, hər iki yarışın idmançıları yarışlarda öz ölkələrinin vəsaiti hesabına iştirak edəcəklər: "Narahatlığa əsas yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31