Taekvondo idman növü üzrə respublika birinciliyi keçiriləcək
9 Dekabr 2015 15:38 İdmanDekabrın 22-24-də "Sərhədçi" Olimpiya-İdman Mərkəzində 1999-2001-ci il təvəllüdü gənclər arasında taekvondo idman növü üzrə respublika birinciliyi keçiriləcək. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, dekabrın 25-də isə böyüklər arasında ölkə çempionatı başlayacaq və üç gün davam edəcək. Birincilik və çempionat ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, federasiya mütəxəssislərinin və hakimlərinin peşəkarlığının, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır. Çempionatda səkkiz çəki dərəcəsində kişi və qadın taekvondoçular, birincilikdə isə on çəki dərəcəsində oğlanlar və qızlar yarışacaqlar.