Azərbaycan birinciliyi keçiriləcək

Dekabrın 11-də aerobika gimnastikası üzrə ilk Azərbaycan birinciliyi start götürəcək. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, aerobika gimnastikasının 6 növü üzrə yarışlar Milli Gimnastika Arenasının köməkçi zalında baş tutacaq. Turnirdə 6-8 yaşlı oğlan və qız idmançılar fərdi proqramda, həmçinin qarışıq cütlük və üçlüklərin tərkibində yarışacaqlar. Birincilikdə 9-11 yaşlı qız gimnastlar fərdi proqram, o cümlədən üçlük və qrup daxilində icra olunan hərəkətləri nümayiş etdirəcəklər. Tamaşaçılar, həmçinin 12-14 yaşlı idmançıların fərdi çıxışlarının da izləyə biləcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31