AFFA klublara cərimə yağdırdı
3 Noyabr 2015 13:08 İdmanAFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XI turunun qarşılaşmalarında baş verənlərlə bağlı müzakirələr aparılıb. Nəticədə 4 klub ümumilikdə 5000 manat məbləğində cərimələnib.
Komitə "Sumqayıt" - "Neftçi" matçında hər iki komandanı cəzalandırıb. Qonaqlar 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra "Sumqayıt"ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat ödəyəcək. "Rəvan" - "Xəzər Lənkəran" görüşünün 80-ci dəqiqəsində qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə üçün hər iki klub 1000 manat cərimə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31