"Real" müdafiəçisi ilə yollarını ayırır

"Real"ın müdafiəçisi Alvaro Arbeloa mövsümün sonunda komandadan ayrılacaq. Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi 32 yaşlı futbolçusu ilə müqaviləni yeniləməmək qərarı verib. Belədə gələn ilin yayında "Real"la müqaviləsinin müddəti başa çatacaq Arbeloa indidən özünə yeni klub axtarmalı olacaq.

Qeyd edək ki, 2009/2010 mövsümünün startında "Liverpul"dan "Real"a transfer olunan Arbeloa keçirdiyi 149 oyunda 3 qol vurub və 13 məhsuldar ötürmə verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31