Ronaldo ilk pillədə

Çempionlar Liqasının qrup mərhələsinin geridə qalan 3 turunda ən çox fərqlənən futbolçular müəyyənləşib. Qol.Az-ın məlumatına görə, bombardirlər siyahısına "Real"ın forvardı Kriştiano Ronaldo başçılıq edir. Portuqaliyalı futbolçu 3 oyuna vurduğu 5 qolla ilk pillədə qərarlaşıb. Daha altı futbolçu isə hərəyə 3 qol vurub.

Qeyd edək ki, "Barselona"nın hücumçusu Lionel Messi hələlik qrup mərhələsində fərqlənə bilməyib. Argentinalı futbolçu zədə səbəbindən qrup mərhələsinin son iki turunda meydana çıxmayıb.

Çempionlar Liqasının qrup mərhələsinin bombardirlər siyası belədir:

1. Kriştiano Ronaldo ("Real", Madrid) - 5 qol
2. Vensan Abubakar ("Portu") - 3 qol
3. Seydu Dumbiya (CSKA, Moskva) - 3 qol
4. Nikolas Qaytan ("Benfika") - 3 qol
5. Xavyer Hernandez ("Bayer", Leverkuzen) - 3 qol
6. Halk ("Zenit") - 3 qol
7. Robert Levandovski ("Bavariya") - 3 qol
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31