Luçesku 5-ci oldu

Çempionlar Liqasının qrup mərhələsində "Malmö" ilə səfər oyunu "Şaxtyor"un (Donetsk) baş məşqçisi Mirça Luçesku üçün əlamətdar olub. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, rumıniyalı mütəxəssis qitənin ən mötəbər klub turnirində 100-cü matçını keçirib. Luçesku bu göstəricidə 5-ci olub. Daha öncə Ser Aleks Fergüsson (190), Arsen Venger (171), Karlo Ançelotti (142) və Joze Mourinyo (130) Çempionlar Liqasında komandasını 100-cü oyuna çıxarıb.

Qeyd edək ki, 2004-cü ildən "Şaxtyor"u çalışdıran 70 yaşlı Luçesku daha öncə "Qalatasaray", "Beşiktaş" (hər ikisi Türkiyə), "Rapid", "Dinamo" (hər ikisi Rumıniya) və "İnter" (İtaliya) kimi klublarda işləyib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31