Binəqədidə təlim keçirilib
“Məcburi köçkünlük şəraitində qadınların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində Binəqədi rayonunda təlim keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, təlimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis və s. iştirak edib. Təlimi açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov təlimin proqramı haqqında geniş məlumat verib.
29 Noyabr 2016 16:43 Sosial"Məcburi köçkünlük şəraitində qadınların səlahiyyətləndirilməsi" layihəsi çərçivəsində Binəqədi rayonunda təlim keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, təlimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis və s. iştirak edib. Təlimi açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov təlimin proqramı haqqında geniş məlumat verib. Natiq çıxışında müasir dövrdə həm dövlət qurumlarının fəaliyyətində, həm də ailədə qadın və uşaqların maraqlarının təmin olunmasının prioritet kimi tanındığını söyləyib. BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis dünyada məcburi köçkünlərin vəziyyəti, onların qarşılaşdıqları problemlər, rəhbərlik etdiyi qurumun mandatına uyğun olaraq qadınlarla bağlı fəaliyyətləri barədə danışıb. Yekunda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.