Binəqədidə uşaqlarla görüş keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və “Humel” Psixologiya Mərkəzinin təşkilatçılığı ilə “Magic House” uşaq bağçasında “Onlar ilə öyrənək və öyrədək” layihəsi çərçivəsində uşaqlarla növbəti görüş keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, “Magic House” uşaq bağçasının müdiri Şəlalə Qarayeva, “Humel” Psixologiya Mərkəzinin baş psixoloqu Ülviyyə Hümmətova, uşaq psixoloqu Ülkər Sadıqova və Psixologiya Mərkəzinin əməkdaşı Zümrüd Həsənli iştirak ediblər.
21 Noyabr 2016 13:09 SosialBinəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və "Humel" Psixologiya Mərkəzinin təşkilatçılığı ilə "Magic House" uşaq bağçasında "Onlar ilə öyrənək və öyrədək" layihəsi çərçivəsində uşaqlarla növbəti görüş keçirilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, "Magic House" uşaq bağçasının müdiri Şəlalə Qarayeva, "Humel" Psixologiya Mərkəzinin baş psixoloqu Ülviyyə Hümmətova, uşaq psixoloqu Ülkər Sadıqova və Psixologiya Mərkəzinin əməkdaşı Zümrüd Həsənli iştirak ediblər. Görüşdə "Magic House" uşaq bağçasının müdiri Şəlalə Qarayeva qonaqları salamladı və layihənin keçirilməsinin əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı layihə haqqında geniş məlumat verdi və məktəbəqədər təhsil sahəsində maraqlı layihələrin keçirildiyini vurğulayıb. Çıxışlardan sonra "Humel" Psixologiya Mərkəzinin uşaq psixoloqu Ülkər Sadıqova və Zümrüd Həsənli məktəbəqədər təhsil müəssisələrində psixoloji diaqnostika və maarifləndirmə işləri ilə bağlı "Onlar ilə öyrənək və öyrədək" adlı məşğələ-təlim keçiriblər. Layihə çərçivəsində məşğələ-təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulub