Binəqədinin ahıl sakinləri sevindirildi
Binəqədi rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə rayon İcra Hakimiyyətinin dəstəyi və rayon bələdiyyələrinin təşkilatçılığı ilə ərazilərdə yaşayan ahıl sakinlər ziyarət edilib.
3 Oktyabr 2016 17:15 SosialBinəqədi rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə rayon İcra Hakimiyyətinin dəstəyi və rayon bələdiyyələrinin təşkilatçılığı ilə ərazilərdə yaşayan ahıl sakinlər ziyarət edilib. İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, təşkil edilən ziyarətdə Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyə sədrləri, bələdiyyələrin "İctimai-humanitar" sektorunun rəhbərləri və 25 saylı şəhər poliknikasının tibb personalı iştirak ediblər. Ziyarət olunan ahılların evlərində ilk öncə səhər saatlarında bələdiyyələr tərəfindən təmizlik işləri görülüb. Daha sonra evləri ziyarət edilən ahıllarla birgə çay süfrəsi təşkil edilib, onlara bayram münasibətilə sovqat təqdim olunub və ixtisaslı həkim personalı tərəfindən tibbi müayinə ediliblər. Çıxış edən ahıllar Azərbaycanda ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını bildirib, göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.