“Azərbaycan təhsili müstəqillik illərində” elmi-praktik konfrans keçirilib
Binəqədi rayonunda 2015-2016-cı dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş “Azərbaycan təhsili müstəqillik illərində” elmi-praktik konfrans keçirilib.
9 Sentyabr 2016 14:17 SosialBinəqədi rayonunda 2015-2016-cı dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş "Azərbaycan təhsili müstəqillik illərində" elmi-praktik konfrans keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkili Gövhər Baxşəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva və s. iştirak edib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva "Binəqədi rayonunda 2015-2016-ci tədris ilin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər" barədə hesabat məruzəsi ilə çıxış etdi. Aygün Əliyeva bildirib ki, təhsil Prezident İlham Əliyev tərəfindən Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edilir. Məhz bu sahəyə göstərilən diqqət və qayğı sayəsində Azərbaycan təhsili son illər özünün yeni inkişaf dövrünə qədəm qoyub, xeyli nailiyyətlər əldə edilib. Təhsilin inkişafı üçün tələb olunan şərtlərdən biri təhsilin maddi-texniki bazasının inkişaf etdirilməsi, yüksək səviyyəli təhsil mühitinin yaradılmasıdır. Çıxışlara yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycanda təhsilə göstərilən dövlət qayğısından danışıb. Konfransın sonunda ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təltif olunublar.