"Gənc istedadlarımızı tanıyaq” adlı layihəyə start verildi

M.Ə.Rəsulzadə Bələdiyyəsinin "İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə "Gənc istedadlarımızı tanıyaq” adlı layihəyə start verildi.

M.Ə.Rəsulzadə Bələdiyyəsinin "İctimai-humanitar" sektorunun təşkilatçılığı ilə "Gənc istedadlarımızı tanıyaq" adlı layihəyə start verildi. "OLAYLAR"-a daxil olan məlumata görə, layihə çərçivəsində ilk olaraq qəsəbə sakini, gənc rəssam Həşimova Güllər Hidayət qızının evində görüş keçirilib. Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Jalə Tofiqqızı, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov və bələdiyyə üzvləri gənc rəssamın əl işləri ilə yaxından tanış olublar. M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov dövlətin həyata keçirdiyi uğurlu gənclər siyasətindən danışaraq bildirib ki, hər zaman istedadlı gənclərin dövlətin diqqət və qayğısından kənarda qalmadığını, onlar üçün hər cür şəraitin yaradıldığını qeyd edib. Istedadlı qəsəbə sakininin əl işləri ilə tanışlıqdan sonra bələdiyyə sədri gənc rəssama uğurlar diləyib. Görüşdən məmnunluğunu ifadə edən ailə başçısı gənclərə göstərilən diqqətə görə öz təşəkkürünü bildirib. Sonda gənc rəssam öz əl işlərindən birini M.Ə.Rəsulzadə Bələdiyyəsinə hədiyyə edib. Qeyd edək ki, Həşimova Güllər Hidayət qızı 115 saylı orta məktəbdə təhsil alıb, hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Müasir rəssamlıq" sahəsi üzrə təhsil alır. 2014-cu il 23 dekabr Heydər Əliyev Mərkəzində Lermontovun 200 illiyi ilə bağlı təşkil edilmiş sərgidə seçilən əsəri ilə iştirak edib və mükafatlandırılıb. Bununla yanaşı bir çox sərgilərdə fəal iştirak edərək müxtəlif yerlərin sahibi olub. Almaniya Mədəniyyət Mərkəzində Almaniyanın Bakıdakı səfirliyinin, Azərbaycan Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Baddi ayısı" müsabiqəsində ən gözəl ideya sahibi olaraq birinci yeri tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31