Binəqədidə ümumrayon iməciliyi keçirilib

Binəqədi rayonunda ekologiyanın və ətraf mühitin mühafizəsi məqsədilə ənənəvi olaraq müxtəlif ərazilərdə təmizlik və abadlıq aksiyaları keçirilib.

Binəqədi rayonunda ekologiyanın və ətraf mühitin mühafizəsi məqsədilə ənənəvi olaraq müxtəlif ərazilərdə təmizlik və abadlıq aksiyaları keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Binəqədi rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən aksiyada İcra Hakimiyyətinin və YAP Binəqədi rayon təşkilatının əməkdaşları, Gənclər Birliyinin fəalları iştirak edib. Aksiya çərçivəsində Şamlıq ərazisi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Məişət tullantılarının ətrafa yayılmasının qarşısını almaq, eləcə də onların daşınmasının asanlaşdırmaq məqsədilə aparılan təmizlik işlərinə 3 Kamaz, 2 xüsusi təyinatlı maşın cəlb olunub. Təmizlik işləri çərçivəsində 200 kvadrat metr ərazidən toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşınıb. O cümlədən, Azadlıq prospektində 300 kvadrat metr əraziyə qazon örtüyü salınıb, ətrafa 100-dən artıq rəngbərəng qızılgül kolları əkilib. Bundan başqa, Azadlıq prospekti boyunca yol kənarlarında velosiped yolu işarələnək rənglənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31