Ağsaqqallarla görüş keçirilib

Biləcəri bələdiyyəsinin “İctimai-humanitar” sektorunun təşkilatçılığı ilə Biləcəri qəsəbəsinin ağsaqqal və ağbirçəkləri ilə görüş keçirilib.

Biləcəri bələdiyyəsinin "İctimai-humanitar" sektorunun təşkilatçılığı ilə Biləcəri qəsəbəsinin ağsaqqal və ağbirçəkləri ilə görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev və Biləcəri bələdiyyəsinin sədr müavini Sahib Nağdəliyev iştirak ediblər. Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai- siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Seymur Hacıyev cənab Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizdə əhalinin, xüsusilə də, yaşlı nəslin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini, xüsusi qayğıya ehtiyacı olanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd etdi. Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən görüşdə ölkəmizdə yaşlı nəsilə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlıq bildirildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31