Bələdiyyə ilə icra hakimiyyəti arasında əməkdaşlığa dair seminar keçirilib

Binəqədi Rayon İcra Hakimiyyəti ilə M.Ə.Rəsulzadə Bələdiyyəsi arasında “Səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsində yeni perspektivlər” adlı seminar-müşavirə keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyəti ilə M.Ə.Rəsulzadə Bələdiyyəsi arasında "Səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsində yeni perspektivlər" adlı seminar-müşavirə keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, keçirilən seminar-müşavirədə Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşları, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri iştirak ediblər. Görüşdə dini radikalizm və ekstremizmə qarşı effektiv tədbirlərin həyata keçirilməsi, PR və mətbuatla iş, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarla işin koordinasiyalı qurulması və gənclərin asudə vaxtlarının səmərəli təşkili, sosial layihələrin keçirilməsi istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.

M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov görüşün səmərəliyi haqqında məlumat verib. O cümlədən, müzakirə ediləcək məsələlərə diqqət çəkən natiq bələdiyyələrdə yaradılan ictimai - humanitar sektorun əhəmiyyətindən danışaraq, bu sahədə planlaşdırılan layihələrdən danışıb.

Təqdimatlardan sonra hər iki tərəf arasında İctimai - siyasi və humanitar məsələlər sahəsində, o cümlədən, təhsil, məktəbəqədər təhsil, səhiyyə, din, mədəniyyət, KİV-lə əməkdaşlıq, sosial şəbəkələrlə işin təkmilləşdirilməsi, eyni zamanda sosial layihələrin icra edilməsi sahəsində müzakirələr aparılib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31