Narkomaniyaya qarşı mübarizə sağlam cəmiyyətin yaranmasına zəmin yaradır

Azərbaycan XX əsrin 90-ci illərində tarixində ikinci dəfə müstəqilliyini bərpa etdirəndən sonra narkotiklərlə mübarizə daim dövlətin diqqət mərkəzində olub. Ümummilli lideri Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edirdi. Bunun davamı olaraq ölkə başçısı cənab İlham Əliyevin “Narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə dövlət proqramının (2007-2012-ci illər) təsdiq edilməsi haqqında” Sərəncam imzalaması bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaradıB. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, ən çox isə gənc nəslin fərdi, birgə fəaliyyətinə, böyük ehtiyac var.

Azərbaycan XX əsrin 90-ci illərində tarixində ikinci dəfə müstəqilliyini bərpa etdirəndən sonra narkotiklərlə mübarizə daim dövlətin diqqət mərkəzində olub. Ümummilli lideri Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edirdi. Bunun davamı olaraq ölkə başçısı cənab İlham Əliyevin "Narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə dövlət proqramının (2007-2012-ci illər) təsdiq edilməsi haqqında" Sərəncam imzalaması bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaradıB. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, ən çox isə gənc nəslin fərdi, birgə fəaliyyətinə, böyük ehtiyac var.

Hər il olduğu kimi, 2015-ci ildə də Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Binəqədi Rayon Komissiyası tərəfindən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında", "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının qanunları və digər normativ-hüquqi aktları rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın və 2015-ci il üçün təsdiq edilmiş iş planına uyğun olaraq bir sıra tədbirlər keçirilib. Komissiyadan bildirilib ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2015-ci il üçün iş planına əsasən, gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Rayonda yeniyetmə və gənclərin sağlam həyat tərzi, əqli-mənəvi durumu, mənəvi-psixoloji cəhətdən düzgün tərbiyə olunmasında zərərli vərdişlərdən, eləcə də narkomaniya bəlasından qorunması məsələsi daim diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə 18 fevral 2015-ci il tarixdə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyasının iclası keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrası və 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onlar arasında sağlam həyat tərzinin təbliği və maarifləndirmə işinin genişləndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyi, Narkomanlığın və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Uşaq Teatrı tərəfindən səhnələşdirilmiş "Həyatla oyun" adlı teatr tamaşası nümayiş olunub. Ümumilikdə tamaşanı 140 məktəbli izləyib.

Narkomaniyaya Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Mərkəzi mədəniyyət evində İrəvan Dövlət Azərbaycan Dram Teatrının ifasında "Ağ ölüm" tamaşası nümayiş olunub. "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin stadionunda 2003-2004-cü il təvəllüdlü uşaqlar arasında "Biz narkomaniyaya yox deyirik!" devizi altında məhəllələrarası futbol birinciliyi keçirilib.

Hüquq-mühafizə orqanlarının narkotik vasitələrin dövriyyədən çıxarılması istiqamətində gördüyü işlər də mübarizənin tərkib hissəsidir. Bununla belə bu sahədə görülən işlərə, aparılan tədbirlərə baxmayaraq, hələ də istənilən nəticənin əldə olunmaması təəssüf doğurur. Ona görə ki, Narkoloji Dispanserdən 01.10.2015-ci ildə verilən məlumata əsasən, Binəqədi rayonu üzrə 1025 nəfər şəxs narkoloji dispanserdə qeydiyyatdadır. Onlardan 37 nəfəri könüllü müalicədədir. 2014-cü illə müqayisədə qeydiyyatda olanların sayı 28 nəfər artmışdır. Yəni 2014-cü ildə dispanserdə qeydiyyatda olanların sayı 997 nəfər olub.

Son dövrlər rayon ərazisində dövlət tərəfindən tikilib istifadəyə verilən idman-sağlamlıq kompleksləri rayon ərazisində yaşayan, təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda pis vərdişlərdən kənarda qalmalarına müsbət təsir göstərməkdədir. Lakin görülən işlərə baxmayaraq, Binəqədi rayonununda yeniyetmə və gənclər tərəfindən hüquq pozuntuları hallarına yol verilməsi faktlarının mövcudluğu, əsrin bəlası olan narkomaniyanın əsasən gənclərimiz arasında geniş yayılması bu sahələrdə həyata keçirilən tədbirlərin daha da gücləndirilməsini tələb edir.

Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31