Binəqədidə yeniyetmə və gənclər üçün yeni layihə
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Rəsulzadə bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbənin yeniyetmə və gəncləri üçün master-klas təşkil edilib. “OLAYLAR”-ın xəbərinə görə, "Birgə Yaradaq" layihəsi çərçivəsində keçirilən “Yaradıcı əllər” adlı layihəyə start verilib.
14 İyul 2016 12:22 SosialBinəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Rəsulzadə bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbənin yeniyetmə və gəncləri üçün master-klas təşkil edilib. "OLAYLAR"-ın xəbərinə görə, "Birgə Yaradaq" layihəsi çərçivəsində keçirilən "Yaradıcı əllər" adlı layihəyə start verilib.
Layihənin açılış günündə Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək bildirib ki, bu layihə bələdiyyənin 2016-cı il Fəaliyyət Planına uyğun olaraq həyata keçirilir. Məqsəd gənc nəslin peşə seçiminin istiqamətləndirilməsi, yaradıcı sənət növlərinin əxz edilməsi, həmçinin gənclərin asudə vaxtının səmərəli təşkilidir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov bu layihənin bələdiyyə-sakin, bələdiyyə-vətəndaş münasibətlərini daha da möhkəmləndirəcəyini vurğuladı və layihə iştirakçılarına uğurlar arzulayıb.
Master-classı aparacaq Rəsulzadə qəsəbəsinin sakini Bəyim Məmmədova deyib ki, bələdiyyə tərəfindən qəsəbə gənclərinin inkişafına yönələn belə bir təşəbbüs təqdirəlayiqdir. Bu layihə gənc istedadların üzə çıxarılması və yaradıcılıq potensiallarının artırılmasına xidmət edəcək.
Rəsmi hissədən sonra yeniyetmələrlə master-classa start verilib.