Gənclərin dövlət qulluğuna marağı artırılır
Binəqədi Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsinin dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı yeni bir layihə həyata keçirib.
13 İyul 2016 15:52 SosialBinəqədi Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsinin dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı yeni bir layihə həyata keçirib. "OLAYLAR"-ın xəbərinə görə, "Dövlət qulluğuna gənclərin maraq və imkanlarının artırılması" adlı layihə çərçivəsində keçirilən təlimlər yekunlaşıb. Təlimi uğurla bitirən gənclərə sertifikatlar təqdim edilib. Təlimlərdə Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri də sertifikat əldə ediblər.