Sosial

Akademik Nadir Seyidovun 80 yaşı tamam olur

Aprelin 28-də kimya elmləri sahəsində görkəmli alim, AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın həqiqi üzvü Nadir Seidovun 80 yaşı tamam olur.  AMEA mətbuat xidmətinin məlumatına görə, Nadir Seyidov 1932-ci il aprelin 28-də Naxçıvan şəhərində anadan olub. Polimerlər kimyası və neft kimyası sahəsində görkəmli alim N.Seidovun bu sahələrin inkişaf etdirilməsində böyük xidmətləri var. Onun metalüzvi katalizatorların iştirakı ilə olefinlər əsasında, yeni sintetik kauçukların alınması sahəsində apardığı fundamental tədqiqatlar keçmiş sovetlər məkanında mühüm tədqiqatlar kimi qəbul edilib və yüksək qiymətləndirilib.
N.M.Seidovun elmi fəaliyyəti 4 monoqrafiyada, 300-dən çox elmi əsərlərdə, o cümlədən 100-dən çox müəllif şəhadətnaməsində, 20 xarici ölkənin patentlərində öz əksini tapıb. Onun rəhbərliyi ilə 40-dan çox fəlsəfə doktoru və elmlər doktoru hazırlanıb. (“OLAYLAR”İA)


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  






Xəbər lenti

Arxiv

Oktyabr 2015
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31



































KATEQORİYALAR