Birinci Ölkələrarası Korreksion Pedaqogika Konfransı keçiriləcək

6-7 may tarixlərində Birinci Ölkələrarası Korreksion Pedaqogika Konfransı keçiriləcək. Nitq İnkişaf Mərkəzinin rəhbəri Esmira Kazımovanın "OLAYLAR"-a verdiyi xəbərə görə, Qazaxıstanda baş tutacaq konfransda rəhbərlik etdiyi qurum ilk dəfə olaraq Azərbaycanı təmsil edəcək: "Qazaxıstanda fəaliyyət göstərən Defektoloq-Loqopedlər Birliyinin Rik Asossiasiyasının təşkilatçılığı ilə baş tutacaq konfransda Azərbaycanı Nitq İnkişaf Mərkəzi olaraq biz təmsil edəcəyik. Konfrans üçün nzərdə tutulmuş kitabda Azərbaycandan olan iştirakçıların yazıları da dərc ediləcək"
Qeyd edək ki, Nitq İnkişaf Mərkəzinin rəhbəri Esmira Kazımova konfransda "Autizm sindromlu uşaqlarda nitqin yoxlanılması" mövzusunda məruzə ilə çıxış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31