Zelenski hansı dəyişiklikləri edəcəyini açıqladı
17 İyul 20:14 DünyaUkrayna Prezidenti Volodimir Zelenski hakimiyyətdə yeni dəyişikliklər olacağını açıqlayıb.
Olaylar xəbər verir ki, bu barədə o, "Telegram" kanalında məlumat paylaşıb.
"Sabah biz təhlükəsizlik sektorunun formatlaşdırılmasını davam etdirəcəyik. Bazar ertəsi Ukrayna diplomatiyasının korpusunu yeniləyəcəyik - xarici işlər naziri ilə birlikdə müvafiq dəyişiklikləri hazırlayırıq.
Mən, həmçinin, Milli Təhlükəsizlik və Müdafiə Şurasının növbəti iki iclasının gündəliyini artıq müəyyən etmişəm. Bizə hər gün Ukrayna üçün yeni bir nəticə lazımdır", - deyə o yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31