Polşa Seyminə marixuananın şəxsi istifadəsinin dekriminallaşdırılması ilə bağlı qanun layihəsi təqdim olunacaq
17 İyul 21:40 DünyaSentyabr ayında Polşa parlamentinə marixuananın şəxsi istifadəsinin dekriminallaşdırılması ilə bağlı qanun layihəsi təqdim ediləcək.
Olaylar xəbər verir ki, bu barədə RMF FM məlumat yayıb.
Qanun layihəsi Vətəndaş Platforması və Polşa 2050 partiyalarından olan deputatlar tərəfindən hazırlanıb. Təşəbbüs sentyabrda, parlament fraksiyalarının mövqeyi tam dəqiqləşdikdən sonra təqdim ediləcək.
"Koalisiya tərəfdaşları və fraksiyalar arasında koordinasiya tələb edən bəzi kiçik məsələlər hələ də mövcuddur. Məsələn, icazə veriləcək qurudulmuş ot və ya kolların miqdarı", - deyə Platformanın deputatı Marçin Yuzefaçuk bildirib.
Layihənin əsas məqsədi marixuananın az miqdarda saxlanılmasına görə cinayət məsuliyyətinin aradan qaldırılması və bununla da Polşanın həbsxana sisteminin yükünün azaldılmasıdır.
Bununla belə, təşəbbüsün parlamentdə kifayət qədər dəstək qazanacağı hələlik dəqiq deyil. Xüsusilə keçmiş hakim "Hüquq və Ədalət" partiyasının mövqeyi bu məsələdə qeyri-müəyyənlik yaradır.