“Gənc Sahibkarların Quba Forumu” keçirilib
25 Dekabr 2015 15:32 SosialGənclər və İdman Nazirliyinin dəstəyi , Gənc Mühasiblər Birliyi və Gənclər üçün Təhsil Mərkəzi birgə təşkilatçılığı ilə "Gənc Sahibkarların Quba Forumu" keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, forumun əsas məqsədi iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramların təbliği və kiçik və orta sahibkarlığın dəstəklənməsi qiymətləndirilməsi, bu istiqamətdə görülməli işlərin müzakirəsi və perspektivlərin müəyyənləşdirilməsidir. İki hissədən ibarət Forumun açılış hissəsində Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, Gənc Mühasiblər Birliyinin sədri Solmaz Əliyeva Forumun əsas prioritet istiqamətləri olan sahibkarlığın inkişafında dövlət dəstəyi və təşəbbüslər mövzularında məruzələr ediblər. Forumun ikinci hissəsində gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkili Vahid Əhmədov və s. çıxış edib.
Sonda sahibkarların üzləşdiyi problemlər ilə bağlı təkliflər paketi müvafiq icra qurumlarına təqdim ediləcək.