Nazir mətbuat konfransı keçirəcək

Gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirəcək. Bu barədə məlumat "OLAYLAR"-a nazirliyin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, dekabrın 25-də baş tutacaq mətbuat konfransında Azad Rəhimov cari ildə ölkədə gənclər siyasəti və idman sahəsində əldə edilmiş uğurlardan danışacaq, qarşıdakı perspektivdə görüləcək işlər barədə KİV nümayəndələrini məlumatlandıracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31