“Arxeoloji abidələrin idarə edilməsi” mövzusunda seminar keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə "Arxeoloji abidələrin idarə edilməsi" mövzusunda seminar keçirilib. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, seminarda əsasən arxeoloji abidələrin qorunması və idarə olunmasından danışan birliyin sədri Fariz Xəlilli Ağsu rayonunda arxeoloji tədqiqatlar aparılmış antik və ilk orta əsrlərə aid Nərgizava qəbiristanlığı, ilk orta əsrlər Mehrəvan şəhər yeri, son orta əsrlərin paytaxt şəhəri Ağsu abidəsi haqqında qısa məlumat verib. O, qeyd edib ki, arxeoloji abidələrin qorunmasında dövlət, bələdiyyə, ictimai, özəl qurumlar və akademik tədqiqatçılarla yanaşı yerli əhali də önəmli rol oynayır. O, ADMİU-nun muzeyşünaslıq və abidələrin bərpası ixtisası alan tələbələrini Orta əsr Ağsu şəhərində təcrübə keçməyə dəvət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31