“Narkomanlığa yox deyək”

Qaradağ rayonunda bu mövzuda tədbir keçirilib

Qaradağ Rayon İcra Hakimiyyəti Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu ilə birgə "Narkomanlığa yox deyək" adlı maarifləndirici tədbir keçirib. "OLAYLAR"-ın Dövlət Komissiyasının İşçi Qrupuna istinadən verdiyi xəbərə görə, tədbirdə Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər Baş İdarəsinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə məktəblilər tərəfindən narkomaniyanın törətdiyi fəsadlar mövzusunda hazırlanmış rəsm müsabiqəsinə baxış keçirilib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə hazırlanmış sosial rolik nümayiş etdirildikdən sonra Qaradağ rayon Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə komissiyasının 2015-ci ilə dair görülmüş işlərin hesabatı dinlənilib. Həmçinin Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər tədbir iştirakçılarına paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31