Cəza çəkməkdən azad olunmuş gənclər cəmiyyətə inteqrasiya olunacaq

"Gənc Hüquqşünas Qadınlar Hüquqi İslahatlar Uğrunda" İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə cəzaçəkmə müəssisələrindən azad olunmuş gənclərin sosial adaptasiyasına və onların reabilitasiyasına yardım etmək məqsədilə "Keçmiş məhbus gənclərə hüquqi dəstək və həmin gənclərə qarşı ayrı-seçkiliyin aradan qaldırılması" layihəsini icra edir. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, layihənin həyata keçirilməsində əsas məqsəd cəzaçəkmə müəssisələrindən azadlığa çıxmış gənclər, müvafiq dövlət orqanlarının və gənclər təşkilatlarının nümayəndələri arasında geniş maarifləndirmə işinin aparılması və cəza çəkməkdən azad edilmiş gənclərin hüquqi, psixoloji və sosial problemlərinin həll olunmasına yardım göstərməkdən ibarətdir. Layihə çərçivəsində "Cəza çəkməkdən azad edilmiş gənclərin hüquqları!" adlı bukletlərin hazırlanması və nəşr edilməsi ilə əlaqədar olaraq hazırlıq işlərinə başlanılıb. Bütün bu göstərilən fəaliyyətlərə paralel olaraq cəmiyyətin keçmiş gənc məhkuma mənfi münasibətinin dəyişilməsi istiqamətində də müəyyən işlər aparılacaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31