Məcburi köçkünlərin sahibkarlıq bacarıqları artırılır

"İdeal Gələcək " Gənclər İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Məcburi köçkün gənclərin özünüməşğulluq və sahibkarlıq bacarıqlarının artırılması" adlı layihə həyata keçirib. Birliyin mətbuat xidmətində "OLAYLAR"-a bildirilib ki, üç ay davam edən layihə çərçivəsində gənclər firmanın idarə edilməsi, marketinqin əsasları, kommersiya fəaliyyəti, mühasibat uçotu, kreditin alınması, vergilər anlayışı və biznesin planlaşdırılması kimi məsələlərlə bağlı ətraflı məlumat alıblar.
Bundan əlavə, gənclərə sahibkarlıq fəaliyyəti göstərmək üçün tələb olunan hüquqi-normativ sənədlər və inkişaf etmiş ölkələrin sahibkarlarının təcrübələri haqqında da geniş informasiya verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31