Gənc liderlər formalaşdırılır
1 Dekabr 2015 15:29 SosialAzərbaycan Tələbələr Birliyinin Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Tələbələrin şəxsi inkişaf məktəbi" adlı layihə yekunlaşmaq üzrədir. Birlikdən "OLAYLAR"-a bildirilib ki, layihənin əsas məqsədi Ağcabədi, Mingəçevir şəhərlərinin müxtəlif ali və orta-ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr arasında liderlərin formalaşmasına kömək etməkdir. Layihə çərçivəsində bir çox tədbirlər həyata keçirilib. Təlim və seminar formasında təşkil edən tədbirlərdə iştirak edən tələbələrə liderlik, komanda işi, şəxsi motivasiya, müsahibədə necə davranmaq və digər bu kimi mövzularda məlumatlar verilib.
Qeyd edək ki, Azərbaycan Tələbələr Birliyi regionlarda tələbələrin innovativ ideyalarla çıxış etməsində və regionlarda aparılan sosial-iqtisadi inkişaf prosesində tələbələrin də daha fəal iştirakı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirib.