“Olimpiya Hərəkatı”nın məktəbdaxili mərhələsi başa çatıb
26 Noyabr 2015 13:18 Sosial"Olimpiya Hərəkatı" layihəsi çərçivəsində VII-XI sinif şagirdləri arasında atletika, velosiped, badminton və basketbol idman növləri üzrə məktəblilərin Bakı şəhər birinciliyi keçirilir. "OLAYLAR"-ın xəbərinə görə, Təhsil, Gənclər və İdman Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışların məqsədi məktəblilər arasında Olimpiya hərəkatını təşviq etmək, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, fiziki tərbiyə müəllimləri ilə idman federasiyaları, idman məktləbləri arasında əməkdaşlığı gücləndirmək, məktəblilərin idmanla məşğul olması üçün valideynləri həvəsləndirmək, "Bakı 2015" I Avropa Oyunlarının idman irsini təbliğ etmək, olimpiya idman komplekslərindən, idman bazalarından səmərəli istifadəni təşkil etmək və hədəf idman növləri üzrə kütləviliyi artırmaqdan ibarətdir. Bakı şəhər birinciliyinin proqramına uyğun olaraq, şagirdlər məktəbdaxili, rayon və final mərhələləri üzrə mübarizə aparırlar. Yarışlara altmış min nəfərə yaxın məktəbli qatılıb. Yarışların ikinci mərhələsinin müxtəlif idman növləri üzrə qalibləri diplom və kubokla, finalda I, II, III yerləri tutan komandalar və onların məşqçiləri isə pul mükafatı ilə təltif olunacaqlar.