Gənclər zərərli vərdişlərə yox deyir

"Müasir İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə "Gənclərin zərərli vərdişlərdən və yad təsirlərdən qorunmasına yardım məqsədilə mariflənmə kampaniyasının həyata keçirilməsi" layihəsini uğurla icra etməkdədir. "OLAYLAR"-ın xəbərinə görə, layihə çərçivəsində "Gənclər zərərli vərişlərə yox deyir" başlıqlı ikinci seminar keçirilib. Tədbirdə tələbə gənclər, "Müasir İnkişaf" İctimai Birliyinin üzvləri, jurnalistlər, ziyalılar iştirak ediblər. Təbirdə zərərli vərdişlərdən - siqaret, narkotirk, alkoqol, qumar və s. bəhs edilib, onlara qarşı mübarizə üsullarından söz açılıb. Birliyin sədri Mübariz Göyüşlü və təlimçilər mövzu ilə bağlı çıxış ediblər. Fəal gənclərdən olan Nuran Gündüzoğlunun slaydlı təqdimatından sonra mövzu ətrafında maraqlı diskussiya açılıb. Tədbir iştirakçısı olan tələbə gənclər maraqlı təkliflər səsləndiriblər. Qeydlər katiblik tərəfindən qeyd edilmiş və layihənin yekununda müvafiq qurumlara göndəriləcək təkliflərin sırasına daxil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31