Kənd gənclərinin inkişaf proqramı həyata keçirilir
4 Noyabr 2015 14:44 SosialAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən "Yerli Gənc" Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində növbəti təlim sessiyası həyata keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, "Fərdi İnkişaf Akademiyası" təlimi "Odlar Yurdu" Gənclər İctimai Birliyi ilə birgə Samux rayonunun İnstitut qəsəbəsində 20 gəncin iştirakı ilə baş tutub.Təlim gənclərin fərdi inkişafları istiqamətində özünə inam kimi vacib vərdişlərin formalaşmasına nail olmaqla onların gələcək fəaliyyətlərinin bütün sahələrində imkanlarının genişləndirilməsi məqsədilə təşkil olunub. Tədbirə ARGTMŞ-ın "Yerli Gənc" Kənd Gənclərinin İnkişaf Proqramının təqdimatı ilə start verilib. Təqdimat zamanı iştirakçılara proqramın imkanları, bu imkanlardan faydalanmaq üsulları haqqında məlumat verilib. Təqdimat başa çatdıqdan sonra təlimə start verilib. Təlim zamanı iştirakçılara fərdi inkişaf, gənclərə motivasiya, kompleksdən azad olmaq, özünə inam mövzuları haqqında məlumat verilib.