Azərbaycan dövləti tərəfindən təltif edilən diaspor nümayəndələri
18 Mart 2013 17:53 DiasporaAzərbaycan diasporunun inkişafında xidmətləri olan diaspor təşkilatları ilə yanaşı ayrı-ayrı şəxslər də daim dövlətin və onun prezidentinin diqqət və qayğısında olmuş, Azərbaycan dövləti tərəfindən müxtəlif zaman kəsimində təltif edilmişlər. Azərbaycan diasporunun inkişafında xidmətləri olaraq təltif edilmiş dəyərli soydaşlarımız bunlardır.
Adil Bağırov- 1978-ci il aprelin 23-də Bakı şəhərində anadan olub. 1999-cu ildə Cənubi Kaliforniya Universitetini bitirərək, beynəlxalq munasibətlər və biznesin təşkili ixtisasına yiyələnib. 2002-ci il noyabr ayında "Beynəlxalq munasibətlərin və dunya siyasətinin qloballaşmasında internet faktoru" movzusuna dair dissertasiya mudafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsi alıb. 2011-ci ildə Moskva Dovlət Beynəlxalq Munasibətlər İnstitutunda "Rusiya-Amerika munasibətlərində və dunya siyasətində neft-qaz faktoru" movzusunda dissertasiya mudafiə edib və siyasi elmlər doktoru alimlik dərəcəsi alıb. 2001-2006-cı illərdə konqresmen Kurt Veldonun xususi muşaviri və ABŞ-ın Numayəndələr Palatasının Azərbaycan İcmasının Konqresində məsləhətci olub. 2004-cu ildən Umumdunya Enerji Strategiyasının Beynəlxalq İşlər uzrə vitse-prezidentidir. 2009-cu ildən ABŞ-da qeyri-hokumət təşkilatı olan Qarabağ Fondunun İdarə Heyətinin sədri və həmtəsiscisidir. 2007-ci ildən ABŞ Azərbaycanlılar Şəbəkəsi(USAN) qeyri-hokumət təşkilatının direktorudur. 2008-ci ildə isə ABŞ Turkiyə Şəbəkəsi(USTN) qeyri-hokumət təşkilatının baş direktoru və həmtəsiscisidir. Hazırda ABŞ-ın Vaşinqton şəhərində yaşayır. 50-dən artıq elmi məqalənin muəllifidir. 15-dən cox elmi konfransda cıxış edərək,dunya ictimaiyyətinin diqqətini muasir dovrun aktual problemlərinə, o cumlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ munaqişəsinə cəlb etməyə calışıb. Azərbaycan diasporunun ən nufuzlu təşkilatlarından biri olan ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktorudur. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun mohkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.
Əhməd Şəfəq-1962-ci il yanvarın 1-də Türkiyənin İstanbul şəhərində anadan olub. 2007-ci ildə Bakıda keçirdiyi konsertdən əldə etdiyi bütün gəliri Azərbaycan ordusuna bağışlayıb və "Fəxri Fərman" mükafatına layiq görülüb. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Akif Ağatalıbov- 1957-ci ildə iyulun 18-də Bakı şəhərində anadan olub. 2010-cu ildə avqustun 6-da Özbəkistan Respublikasında Azərbaycan Mədəniyyət Mərkəzi Assosiasiyasının sədri təyin edilib. "Özbəkistan Respublikasının mustəqilliyinin 15-ci ildonumu" ilə əlaqədar yubiley medalı, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Akkan Suvər-1942-ci il avqustun 8-də İstanbul şəhərində anadan olub. O, 1987-1995-ci illərdə Milliyyətci Hərəkat Partiyasının (MHP) mətbuat katibi, sonralar isə partiya katibinin müavini olub. 1997-ci ildə özünün qərarı ilə tutduğu vəzifədən azad edilib. Aktiv fəaliyyətinə və səylərinə gorə YUNESKO tərəfindən Mərmərə Qrupu Fondu Mədəniyyətlərarası Dialoq Komissiyasına uzv kimi qəbul olunub. 2009-cu il martın 4-də təsis olunmuş Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun vitse-prezidenti və təsisçi üzvüdür. Hazırda Mərmərə Qrupu Fondunun prezidentidir. 2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Araz Ağalarov- 1955-ci il, noyabrın 8-də Bakı şəhərində anadan olub. 1977-ci ildə Bakı Politexnik Universitetini, 1977-1983-cu illər isə Elmi-Tədqiqat İnstitutunu bitirib. 1983-1987-ci illərdə SSRİ Həmkarlar İttifaqlarının Ümumittifaq Mərkəzi Şurası yanında Ali Məktəbin dinləyicisi olub. 1990-cı ildə ilk dəfə Rusiyada ABŞ-dan olan tərəfdaşları ilə "Comtech" adlanan kompüter texnologiyaları sərgisini təşkil edib. 1995-ci ildə sərgi Comdex (Las-Veqas) və Cebit (Hannover) sərgilərindən sonra statusuna görə dünyada üçüncü yeri tutub. 2002-ci ildən indiyədək "İstehsalcılar və İdxalcılar İttifaqı" qeyri-kommersiya təşkilatının prezidentidir. Moskva Beynəlxalq Biznes Assosiasiyasının vitse-prezidenti, Muslum Maqomayev adına Mədəni-Musiqi İrsi Fondunun təsiscisidir. Araz Ağalarov 50-dən çox elmi işin, 'Rossiya na puti k rınku" monoqrafiyasının müəllifi, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti Federal Şurasının uzvudur. 2012-ci ildə "Forbes" jurnalının Rusiyanın "Daşınmaz əmlak kralları"na dair hazırladığı reytinqdə ikinci yeri tutub. 2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Akif Mirzəyev- 1944-cu il aprelin 10- da Bakı şəhərində anadan olub. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfində təhsil alıb. 1990-cı il 20 Yanvar faciəsinə həsr etdiyi matəm musiqisi olan "Yanvar mərsiyələri", ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Dahi Prezidentə xatirə duaları" adlı əsəri ABŞ, Fransa və Almaniyada ifa olunub. Hazırda Alman Azərbaycan Forumunun mədəniyyət uzrə muşaviri, Fulda şəhərindəki Yohannesriş (Johannesrische) kilsəsində orqan ifacısıdır. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mədəniyyət, incəsənət sahəsindəki nailiyyətlərinə görə "Əməkdar artist" fəxri adına layiq görülüb.
Başar Kömur- 1952-ci il yanvarın 1- də Turkiyənin Xattay vilayətinin Ərzin şəhərində anadan olub. 1993-cü ildən Mayns şəhərində təsis olunmuş Mayns Azərbaycan Cəmiyyətinin sədridir. 2001-ci ildə Dunya azərbaycanlılarının I qurultayının numayəndəsi olub. 2004-cü ildə yaranmış Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü seçilib. 2005-ci ilin may ayında Türkiyənin İsgəndərun şəhərində fəaliyyətə başlamış Türkiyə Azərbaycan Federasiyasının Təşəbbüs qrupunun üzvüdür. 2005-ci ildə Türkiyənin Xattay vilayətinin şəhər bələdiyyələri ilə Azərbaycan şəhərləri arası Dostluq və Əməkdaşlıq müqavilələrinin bağlanmasının təşəbbüskarı olub və həmin vilayətin şəhər bələdiyyələrinin sədrlərinin Azərbaycana səfərlərini təşkil edib. Səfər çərcivəsində, bir qrup bələdiyyə sədrləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşüblər. 2010-2012-ci illər ərzində Avropa Azərbaycanlıları Konqresinin sədri olub. NATO statusu altında olan Amerika ordusunun Sosial-Fəaliyyət Mərkəzində məsləhətci olaraq çalışır və Avropanın Dövlətə Çalışan Sindikatlarının İdarə Heyətinin üzvüdür. 2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi" medalı, 2011-ci il iyulun 4-də isə xalqlar arasında dostluğun möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib.
Bəhram Atabəyli- 1962-ci il dekabrın 12-də anadan olub. 1982-ci ildə Urmiyada Ferdosiad adlı məktəbi bitirib. 1988-də Çalmers Universitetində ali təhsil alıb. İsvecin Hotenburq şəhərində yaşayan azərbaycanlı Bəhram Atabəyli bu ölkənin Elmlər Akademiyasında laboratoriya müdiri vəzifəsində calışır. 2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dunya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.
Bilal Dündar-1946-cı il oktyabrın 15-də Qars şəhərində anadan olub.1970-ci ildə Ankara Ticarət və Turizm Yüksek Oğretmen Okulunu bitirib. 2004-cu ildən Kocaeli Azərbaycan Evi Dərnəyinin sədridir. 2006-cı ildən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri, 2010-cu ildən isə Avropa Azərbaycan Konqresinin vitse-prezidentidir. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub.
Cahangir Novruzov-1954-cu il iyulun 31-də Bakı şəhərində anadan olub. Hazırda Turkiyənin Adana şəhərində Cuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mədəniyyətvə incəsənət sahəsindəki nailiy yətlərinə gorə "Əməkdar incəsənət xadimi " fəxri adına layiq görülüb.
Cavad Derəxti-1951-ci ildə Təbriz şəhərində anadan olub. 1981-ci ildə Ankara Hacıtepe Universitetinin Mikrobiologiya fakültəsini bitirib. 1987-ci ildə İsvecə mühacirət edib. Hazırda Cənubi İsvecin meşə təsərrüfatı departamentində mikrobioloq-tədqiqatçı kimi çalışır. İsvec Sosial Demokrat Partiyasının uzvudur. 1988-ci ildə İsvecdə yaradılan ilk diaspor təşkilatlarından biri olan "Araz" cəmiyyətinin yaradıcısıdır. 1997-ci ildə Amerika Birləşmiş Ştatlarında təsis edilmiş Dünya Azərbaycanlıları Konqresinin (DAK) üzvü olub və DAK-ın III, IV,V, VI, VII, VIII qurultaylarında Dunya Azərbaycanlıları Konqresinin sədri seçilib. Cavad Deraxtinin rəhbərliyi altında Dunya Azərbaycanlıları Konqresi Azərbaycan həqiqətlərini dunya ictimaiyyətinə çatdırılması istiqamətində muhum işlər gorub, Azərbaycan xalqının problemlərinin beynəlxalq təşkilatların diqqətinə catdırılmasında geniş fəaliyyət gostərib. 2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Ertan Demirtaş- 1947-ci ildə Türkiyənin Merzifon bölgəsində anadan olub. 1980-2003-cü illərdə Gülhanə Askeri Tibb Akademiyasında (GATA), daha sonra 1986-1989-cu illərdə London Müqəddəs Tomas Xəstəxanasında həkim işləyib. 1997-2003-cu illərdə GATA Kardioloji Ana Bilim Universitetinin rəhbəri olub, 2001-2003-cü illərdə isə GATA Daxili Tibb Bilimləri Bolumu rəhbəri olaraq vəzifə alıb. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi sahəsindəki xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif olunub.
Ardı növbəti sayımızda
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir