Rusiya birtərəfli şəkildə qəti güzəştə getməyəcək- ÖZƏL
14 Aprel 11:31 Siyasət"Donalt Trampın müsbət irəliləyiş bəyanatina Vladimir Putin ballistik raketlə Sumda cavab verdi". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "ABŞ prezidenti D. Tramp Ukrayna məsələsi ilə bağlı Rusiya ilə danışıqlarda irəliləyiş olduğunu qeyd etdikdən sonra, V. Putin Sumıya mülki insanlara qarşı ballistik raketlərlə hücum edərək, kütləvi insan tələfatına sənə olub. D. Tramp bu hücuma necə cavab verəcəyi maraqlıdır. Artıq Böyük Britaniya Baş naziri Rusiyanı dərhal atəşkəsə çağırdı. Ümumiyyətlə, Ukrayna məsələsində Rusiya birtərəfli şəkildə qəti güzəştə getməyəcək. Ukrayna Rusiyanın fövqəl dövlət olması və Qərb blokunun parçalanması üçün bir fürsətdir. Bu fürsəti D. Tramp V. Putinə verəcəksə, Vaşinqton dünya lideri olmayacaq.